Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib bütün səlahiyyət və əmlakı Azərbaycan Mərkəzi Bankına ötürülüb. Bu prosesdən sonra AMB-də ilk dəfə olaraq struktur dəyişikləri baş verib.
Eləcə də bax: "Palatanın Mərkəzi Banka birləşdirilməsi - TAM BAŞA ÇATDIRILIB"
FED.az Banker.az-a istinadən xəbər verir ki, Mərkəzi Bankın Bazar əməliyyatları departamenti ləğv edilib. Bu departamentin departament direktorunun adı da heç bir yeni vəzifələrdə tapılmayıb.
Digər bir məlumata əsasən isə Katiblik, Korporativ idarəetmə departamenti, Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamenti, Lisenziyalaşdırma şöbəsi, Maliyyə bazarlarında əməliyyatlar departamenti, Maliyyə monitorinqi bölməsi, Sığorta fəaliyyətinə nəzarət departamenti, Statistika departamenti, Valyuta ehtiyatlarının idarə edilməsi departamenti yaradılıb.
Qeyd edək ki, bu bölmələr MBNP-nin Mərkəzi Bankda iş və səlahiyyətlərini həyata keçirəcək komandadır.