Cari ilin birinci yarısı üzrə xarici ticarət dövriyyəsi 11,9 milyard dollar təşkil edib.
Eləcə də bax: Depozit hərracı keçirildi - NƏTİCƏ
FED.az Mərkəzi Banka istinadla xəbər verir ki, hesabat dövründə neft-qaz sektoru üzrə 5,4 milyard dollarlıq profisit qeyri-neft sektoru üzrə 3,1 milyard dollarlıq kəsiri bağlayıb və nəticədə xarici ticarət balansında 2,3 milyard dollarlıq (53,2 faiz azalma) profisit yaranıb.
Bu müddətdə Azərbaycanın dünyanın 167 dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 16 faizi MDB üzvü olan dövlətlərin, 84 faizi isə digər xarici dövlətlərin payına düşür.
"Azərtac"