Azərbaycan Mərkəzi Bankı valyutadəyişmə fəaliyyəti ilə məşğul olan 3 şirkətə icrası məcbur göstərişlər verib.
FED.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb. Məlumata görə,
“Delta Capital” MMC tərəfindən “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq 2025-ci ilin avqust ayının sonuna hesabatların təqdim edilməməsinə görə “Valyuta tənzimi haqqında” qanunun 13-7.1.2-ci maddəsinə əsasən Azərbaycan Mərkəzi Bankı “Delta Capital” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim etməsi barədə icrası məcburi göstəriş verib.
Eyni qayda ilə “Money Shop” MMC tərəfindən “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq 2025-ci ilin avqust ayının sonuna hesabatların təqdim edilməməsinə görə “Valyuta tənzimi haqqında” qanunun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Mərkəzi Bankı tərəfindən “Money Shop” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.
Nəhayət, “Meta-Kapital” MMC tərəfindən 2025-ci ilin “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması və valyuta mübadiləsi fəaliyyətinə nəzarət Qaydası”nın 7.1-ci bəndinin tələbləri pozularaq 2025-ci ilin avqust ayının sonuna hesabatların gecikmə ilə təqdim edilməsinə görə “Valyuta tənzimi haqqında” qanunun 13-7.1.2-ci maddəsinin tələblərini rəhbər tutaraq Azərbaycan Mərkəzi Bankı tərəfindən “Meta-Kapital” MMC-yə bu hesabatları qanunvericiliklə müəyyən edilmiş vaxtda təqdim edilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.