Azərbaycan Mərkəzi Bankın (AMB) sədri Taleh Kazımov bankomatlardan pulu nağdlaşdırmaq üçün faiz dərəcələrinin endirilməsi sualına cavab verərək bildirib ki:
Taleh Kazımov: "Banklar nağdlaşdırmanın sərf etməməsi üçün komissiyanı artırır"
"Banklar ona görə komissiyanı artırır ki, vətəndaşlara vəsaiti nağd çıxarmaq sərf etməsin və onlar nağdsız ödənişlərdən istifadə etsinlər. Strategiya budur ki, insanlar daha çox nağdsız ödənişə keçsinlər. "Mərkəzi Bank haqqında" Qanuna edilən dəyişikliklər qəbul olunsa, Mərkəzi Banka səlahiyyət veriləcək ki, bazar üzrə maksimum həddi təyin etsin".
***
Azərbaycanda bankomatlardan pulu nağdlaşdırmaq üçün faiz dərəcələrini standart etmək lazımdır.
FED.az xəbər verir ki, bunu deputat Rüfət Quliyev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
"Bu faizləri bütün banklar tərəfindən standart olaraq 1,5 % səviyyəsində müəyyənləşdirilməsi vətəndaşların işini asanlaşdıra bilər. Belə ki, rayonlarda vətəndaş kartdan pul çıxarmaq üçün, bəzi hallarda şəhərin o başında yerləşən bankın bankomatına çatmaq üçün 3 avtobus dəyişməli olur. Bu da insanları yorur.
Amma nağdlaşdırma faizi eyni olsa, vətəndaşlar yaxınlıqda yerləşən hər bir bankomatdan pulunu çıxara bilər", - deyə deputat bildirib. (Report)