Cari ilin mart ayında manatla yeni verilmiş kreditlər üzrə orta çəkili faizlər
18.8% olub.
AMB rəsmisi: "Banklar müştərilərinə daha fərdi kredit təklif edə biləcək"
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, xarici valyuta ilə yeni verilmiş kreditlər üzrə orta çəkili faizlər isə 6.6% təşkil edib.
"Son 1 il ərzində həm manatla, həm də xarici valyuta ilə verilmiş kreditlər üzrə faiz dərəcələrində stabilləşmə müşahidə edilib" - deyə məlumatda bildirilib.














