“MuğanBank” bu ilin 9 ayını 4,6 mln. manat xalis zərərlə başa vurub.
«MuğanBank» 2017-ci ilin yanvar-sentyabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
FED.az bankın rəsmi hesabatına əsasən məlumat verir ki, bu ilin 9 ay ərzində “MuğanBank”ın faiz gəlirləri ötən ilin sonuna olan göstəriciləri ilə müqayisədə 44% azalaraq 33,3 mln. manat, faiz xərcləri 56,5% azalaraq 11,8 mln. manat, qeyri-faiz gəliri 71,2% azalaraq 6,5 mln. manat, qeyri-faiz xərcləri 44% azalaraq 16 mln. manat təşkil edib.
Cari ilin oktyabrın 1-nə bankın aktivləri 423,9 mln. manat olub ki, bu da 2016cı ilin sonu ilə müqayisədə 10,2% azdır. Bunun 334 mln. manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda bankın kredit portfelində 3,2% azalma müşahidə olunub.
Problemli kreditlərin ümumi kredit portfelindəki payı 16,1 % təşkil edib.
Hesabat tarixinə bankın ümumi öhdəlikləri 10,1% azalaraq 365,3 mln. manat təşkil edib ki, bunun da 171,3 mln. manatı müştərilərdən cəlb olunmuş depozitlərdir. Həmçinin son 9 ayda bankın depozit portfelində 10,7% azalma müşahidə olunub.
Ötən ilin sonuna olan göstərici ilə müqayisədə bankın kapitalı 10,3% azalaraq 58,7 mln. manat təşkil edib.
“MuğanBank” bu il 10% “kicilib” - HESABAT
12:02
6 Noy 2017