Azərbaycanda kredit portfeli ən çox artan bankların adları məlum olub.
FED.az biznes və maliyyə xəbərləri portalı bankların öhdəliklərinin dinamikası üzrə hazırladığı renkinqə istinadən xəbər verir ki, ən yüksək artım faiz ifadəsi ilə "Azər Türk Bank"da 68% olmaqla qeydə olunub. Məbləğ ifadəsi ilə bankın kredit portfeli 304,2 milyon manat həcmində artıb.
"Azər Türk Bank"dan sonra artıma görə ikinci yerdə 15% və ya 759,1 milyon manat göstərici ilə "Azərbaycan Beynəlxalq Bankı" gəlir.
Kredit portfelini 14,2% və ya 26,5 milyon manat artıran "Bank VTB Azərbaycan" üçüncüdür.
"Kapital Bank"ın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 12% və ya 511,3 milyon manat dəyərində böyüyüb.
"Yelo Bank"ın kredit portfelində 10,8% və ya 82,4 milyon manat artım baş verib.
Siyahıda 6-cı yerdə 9% (35 milyon manat) artımla "Bank Ziraat Azərbaycan" yer alıb.
İlk onluqda digər 4 bank "Paşa Bank" (251,5 milyon manat və ya 8,9%), "Bank Of Baku " (53,6 milyon manat və ya 8,1%), "Expressbank" (31,6 milyon manat və ya 7,7%) və "Yapı Kredi Bank Azərbaycan" (22 milyon manat və ya 7,5%) olub.