Azərbaycanda dövriyyədə olan kredit kartları ilə bu ilin mart ayı ərzində 161 mln. manat həcmində əməliyyat həyata keçirilib.
Eləcə də bax: Banklarımızın ən yaxşı - KREDİT/TAKSİT KARTLARI - SİYAHI
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankın (AMB) məlumatına görə, əməliyyatların həcmi əvvəlki ayla müqayisədə 9,5% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə isə 33% artım qeydə alınıb.
Mart ayı ərzində həyata keçirilən ölkədaxili əməliyyatların 45 mln. manatı ATM, 63 mln. manatı POS-terminal vasitəsilə həyata keçirilən, 37 mln. manatı elektron ticarət əməliyyatlarının payına düşüb.
AMB-nin məlumatına əsasən, ölkə xaricində kredit kartları ilə hesabat ayında 16 mln. manat əməliyyat həyata keçirilib. Bu da əvvəlki ayla müqayisədə 23,8%, əvvəlki ilin eyni dövrü ilə müqayisədə isə 5,9% azdır.
Apa