Azərbaycanın aparıcı banklarından olan «Kapital Bank»ın kredit portfelinin vəziyyəti açıqlanıb.
Eləcə də bax: Kapital Bank böyük mənfəət açıqladı – 50 MİLYON MANAT! – BANK HESABATI
FED.az xəbər verir ki, 2022-ci ilin 1-ci rübünün nəticələrinə görə, bankın kredit portfeli 2 milyard 903 milyon manat təşkil edib. Bu ilin əvvəli ilə müqayisədə, 700 milyon manat və ya 31% artıqdır.
Bu məbləğin 378,6 milyon manatı ehtiyat kimi ayrılıb, nəticədə bankın xalis kredit portfeli 2 milyard 525 milyon manat təşkil edib.
FED.az-ın məlumatına görə, bankın xalic kredit portfelinin 1 milyard 177 milyon manatını standart kreditlər təşkil edir. Bu məbləğdən 1 milyard 4 milyon manat - qənaətbəxş kredit sayılır. 172,3 milyon manatlıq kreditlər isə nəzarət altında olan kreditlərdir.
Xalis kredit portfelinin daha böyük hissəsi – 1 milyard 375 milyon manat isə qeyri-standart kreditlərdir.
Bundan 1 milyard 320 milyon manat kredit «qeyri-qənaət bəxş» kateqoriyasına aid edilib.
12,8 milyon manat kredit «təhlükəli», 42,1 milyon manat məbləğində kredit isə «ümidsiz» kateqoriyasındadır.