Azərbaycanın aparıcı banklarından olan Kapital Bank 2022-ci ilin maliyyə göstəricilərini açıqlayıb. FED.az xəbər verir ki, yanvar-mart aylarında bankın gəlirləri 227,7 milyon manat, xərcləri 122,8 milyon manat təşkpl edib. 38,8 milyon manat ehtiyatlara ayrılıb, 15,7 milyon manat isə vergi kimi ödənilib.
Nəticədə bank ilk rübü 50 milyon manat xalis mənfəətlə bağlayıb.
Faiz gəlirlərində ciddi artım var
1-ci rübdə bankın faiz gəlirləri 28 milyon manat və ya 25% artaraq 140 milyon manata çatıb.
Bunun 114 milyon manatı bankın ayırdığı kreditlər üçrə əldəedilən faiz gəlirlərdir.
Bundan başqa «Kapitalbank» qiymətli kağızlara etdiyi yatırımlardan 18,8 milyon manat gəlir əldə edib. Bu ötən ilin 1-ci rübü ilə müqayisədə 3,5 milyon manat və ya 24,4% artıqdır.
Bankın faiz xərcləri də 25% artaraq 15,2 milyon manatdan 19,1m milyon manata yüksəlib.
Bunun böyük hissəsi – 13,8 milyon manatı bankdakı əmanətlər üzrə müştərilərə ödənilən faizlərdir.
Nəticədə 1-ci rübdə bankın xalis faiz gəliri 120,8 milyon manat yüksəlib – bu ötən illə müqayisədə 25 milyon manat artıqdır.
Qeyri-faiz gəlirlərində 50% artım
2022-ci ilin 1-ci rübündə «Kapitalbank»ın qeyri-faiz gəlirləri 50%-ə yaxın artaraq 58,8 milyon manatdan 87,7 milyon manata yüksəlib. Bunun böyük hissəsi – təqribən 80 milyon manat - bankın göstərdiyi xidmətlərə görə əldə etdiyi haqq və komissiya gəlirləridir. 2020-ci ildə bəzi bankların fəaliyyətini dayandırması, eləcə də vergi nəzarətinin güclənməsi ilə bağlı olaraq banklara iş adamlarının müraciətləri artıb. Bundan ən çox fadalanan banklardan biri də «Kapitalbank» olub.
Bankın valyuta əməliyyatlarından gəlirləri də təqridən 50% artıb – 2021-ci ilin 1-ci rübündə 5,5 milyon manatlıq gəlirə qarşı bu il 7,8 milyon manat gəlir əldə edilib.
«Kapitalbank»ın xərclərində böyük artım
2022-ci ilin 1-ci rübündə «Kapitalbank»ın qeyri-faiz xərclərində kəskin artım baş verib. Bu məbləğ ötənilki 64,6 milyon manata qarşı 103,7 milyon manat olub. Xərclərin artımının əsas səbəbi «Digər xərclər» maddəsinin böyüməsidir – ötən il 7 milyon olan digər xərclər bu il 48 milyon manata yüksəlib.
Əmək haqqı xərcləri də 9 milyon manat və ya 28% artaraq 41 milyon manata yaxınlaşıb. 1-ci rüğün nəticəsini nəzərə alanda «Kapitalbank» hər ay əməkdaşlarına 13,5 mmilyon manat əmək haqqı ödəyir.
Xalis mənfəət aşağı düşüb
Gəlir və xərcləri nəzərə aldıqda - bank 1-ci rübü 105 milyon manat əməliyyat mənfəəti ilə başa vurub. Bu ötənilki göstəricidən 15 milyon manat və ya 16% artıqdır.
Amma bu məbləğin 39 milyon manatı mümkün zərərlər üzrə ehtiyatların yaradılmasına sərf edilib. Yerdə qalan 66 milyon manatdan 16 milyon manata yaxın həcmdə mənfəət vergisi ödənilib. Nəticədə bankın xalis mənfəəti 50,4 milyon manat olub. Bu ötən ilin eyni dövrü ilə myüqayisədə 5 milyon manat və ya təqribən 9% azdır.
Bank sürətlə böyüyür
2022-ci ilin 1-ci rübünün nəticələrinə görə, «Kapitalbank»daha 24% böyüyüb – bankın aktivləri 5 milyard 588 milyon manatdan 6 milyard 935 milyon manata yüksəlib – 1,4 milyard manat artım.
Əsas artım kredit portfelinin və qiymətli kağızlara yatırımın hesabınadır.
Bankın kredit portfeli 700 milyon manat və ya 31% artaraq 2,2 milyard manatdan 2,9 milyard manata yüksəlib.
Qiymətli kağızlara yatırımlar isə 720 milyon manat və ya 72% artaraq 992 milyon manatdan 1 milyard 712 milyon manata yüksəlib.
Əmanət və depozitlərdə yüksək artım
2022-ci ilin yanvar-mart aylarının yekuknlarına görə, «Kapitalbank»ın öhdəlikləri 1,4 milyard manat artaraq 4,9 milyard manatdan 6,3 milyard manata yüksəlib.
Bunun böyük hissəsi – 5,5 milyard manat bankdakı depozitlərin payına düşüb – 35% artımdan sonra 4 milyard manatdan 5,5 milyard manat çatıb. Fiziki şəxslərin əmanətləri 1,6 milyard manat (58% artım), şirkətlərin depozitləri isə 3,8 milyard manat (26,5% artım var) təşkil edib. 1-ci rübdə bankın kənardan götürdyü kreditlər 150 milyon manata yaxın artıb.
Kapitalı kəskin azalıb
«Kapitalbank»ın ciddiartımla başa vurduğu 1-ci rübdə kapital göstəricisi kəskin azalıb. Aprelin 1-də bankın kapitalı 547 milyon manat təşkil edir ki, bu da 3 ay əvvəllə müqayisədə 131 milyon manat azdır. Azalmanın səbəbi bankın sahibinə «Paşa Holdinq»ə illik mənfəət ödənilməsi olub. Amma hətta bundan solnra da «Kapitalbank»ın əvvəlki illərdən bölüşdürülməmiş 250 milyon manat mənfəəti var ki, o da kapitalda nəzərə alınıb.