Azərbaycanın aparıcı banklarından olan «Kapital Bank»ın qeyri-faiz gəlirləri açıqlanıb.
Eləcə də bax: Ayın sonuna qədər Mobil POS-a qoşulanlar üçün əməliyyatlar hələ də - KOMİSSİYASIZDIR
FED.az xəbər verir ki, 2022-ci ilin ilk 6 ayında «Kapital Bank» ölkədə ən çox qeyri-faiz gəliri əldə edinə bank olub – 189 milyon manat.
Ötən ilin eyni dövrü ilə müqayisədə qeyri-faiz gəlirləri 38% artıb.
Qeyd edək ki, qeyri-faiz gəlirləri - haqqı və komissiya haqları, xarici valyuta əməliyyatları və sair gəlirlərlən formalaşır.
«Kapital Bank»ın qeyri-faiz gəlirlərinin əsas hissəsini haqq və komissiya gəlirləri təşkil edib.
İlk 6 ayda bankın haqq və komissiya gəlirləri 162 milyon 553 min manat təşkil edib.
Bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 41 milyon manat və ya 34% artıqdır.
Haqq və komissiya gəlirlərinin 6 ay ərzində əldə edildiyini nəzərə alanda, ötən dövrdə «Kapitalbank»ın haqq və komisiya gəlirləri üzrə gündəlik gəliri 903 min manat təşkil edib.
Bankın valyuta əməliyyatlarından gəlirləri isə 23,6 milyon manat təşkil edib.