Azərbaycanın iqtisadi və sosial həyatına yeni nəfəs gətirən bölgələrdən biri də Xankəndidir. Xankəndidə fəaliyyət göstərmək təkcə iş deyil - bu, həm də ölkənin maliyyə sistemində tarixi dönüşün bir parçası olmaq deməkdir. Bu baxımdan Kapital Bank hazırda tarixinin ən qürurlu səhifələrindən birini Xankəndidə yaşayır.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Kapital Bank”ın Xankəndi filialı 24 may 2024-cü ildə fəaliyyətə başlayıb. Filialın müdiri İlkin Babayevlə də bankın şəhərin mərkəzində, yeni konseptlə qurulmuş ofisində görüşdük.
İ.Babayev bank sektorunda fəaliyyətə 2010-cu ildə kiçik mütəxəssis kimi başlayıb. Çalışdığı 15 ilin son 10 ilini isə 2015-ci ildə qoşulduğu Kapital Bank-da keçirib. Azərbaycan Dövlət İqtisad Universitetində «Biznesin təşkili və idarə edilməsi» ixtisası üzrə təhsil alan İ.Babayev daha sonra Naxçıvan Dövlət Universitetində «Strateji idarəetmə ixtisası» üzrə magistratura təhsili alıb. Həmin vaxt İlkin bəy bəlkə də düşünməzdi ki, gələcəkdə Kapital Bank-ın ən strateji filiallarından birinə rəhbərlik edəcək. 2024-cü ildə Kapital Bank-ın Kürdəmir filialına rəhbərlik edən İ.Babayev Xankəndi filialına təyinat alıb.
- İlkin bəy, Xankəndi filialında işləyəcəyinizi eşidəndə ilk təəssüratınız necə oldu?
- O günü çox yaxşı xatırlayıram. Mənim üçün böyük bir sürpriz olmuşdu və açığı ilk eşidəndə çox qürurlanmışdım. Xankəndinin azad edilməsi ilə bura həyat qayıtdı və Kapital Bank burada fəaliyyətə başlayan ilk maliyyə qurumlarından biri kimi tarixə düşdü. Bu fakt özü kifayət qədər həyəcanverici idi, amma mənim bura təyinat almağım bu hissləri ikiqat artırdı — həm sevinc, həm də məsuliyyət baxımından. Bu qiymətli, sözün əsl mənasında dəyərli torpaqlarda, öz yurdlarına qayıdan insanlara xidmət göstərmək mənim və həmkarlarım üçün məsuliyyətlə yanaşı, həm də qürurdur.
- Xankəndi filialında neçə nəfər çalışır?
- Hazırda filialda 5 nəfərlik komandayıq — mən, 2 əməliyyatçı, 1 kassir və 1 texniki işçi. Sayımız az görünə bilər, amma bu komanda kifayət qədər güclü və peşəkardır, hər bir əməkdaş öz sahəsini dərindən bilir. Çevik komanda ilə işləmək isə həm müştəriyə xidmət keyfiyyətini, həm də işin effektivliyini artırır. Ona görə də biz işimizi sayımızla yox, nəticəmizlə dəyərləndiririk.
- Filialda hansı bank xidmətləri göstərilir?
- Xankəndi sakinlərinə demək olar ki, bütün bank xidmətləri göstərilir. Filialımızda əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi də daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur. Yəni, digər filiallarımızda xidmət necədirsə, burada da elədir. Filial yeni konsepsiyada qurulub və xidmət üçün bütün zəruri imkanlara malikdir. İş rejimi də adi qaydada – saat 9:00-dan 18:00-a kimidir. Müştəri qəbulu saat 17:00-a kimi aparılır, 17:00-18:00 arası isə bankın öz daxili əməliyyatlarını yekunlaşdırırıq.
- İlkin bəy, burada artıq 2 ilə yaxındır ki, fəaliyyət göstərirsiniz. Müştərilər, əhali ən çox hansı xidmətlər üçün müraciət edirlər?
- İşə yeni başlayanda təbii ki, əhali az idi, bura daha çox sahibkarlar cəlb olunmuşdu, ona görə də biznes üçün xidmətlərə təlabat daha çox idi. Bank hesabı açmaq, hesab üzrə əməliyyatlar, köçürmələr, hesablaşmalar və sair. Yaşayış artdıqca müştərimiz də xidmətlərimizin növləri də çoxaldı. Qarabağ Universitetinin açılması isə aktivliyi daha da artırdı. İndi müştərilərimiz müəllimlər, tələbələr, dövlət qurumlarının əməkdaşları, hərbçilər, sakinlərdir, yəni bu siyahı çox uzundur. Onların əksəriyyəti debet kartları istifadə edir, nəticədə həm kartların satışları kəskin artıb, həm də göstərilən bank xidmətləri çoxalıb.
- Debet kartlarını gördüm, elə divardan asılıb...
- Elədir, debet kartları hazır stendlərdə saxlayırıq, alıcılar rahat rəsmiləşdirib alırlar. Kartlar pulsuzdur, biz sadəcə onları mobil tətbiqdə qeydiyyatdan keçirməyə, eyniləşdirmə aparmağa kömək edirik. Daha sonra rahat istifadəyə başlayırlar. Həm də kartlarımızın bonus, köçürmə və nağdlaşdırmada bir çox üstünlükləri var. Ona görə də tələbat çoxdur.
- Görürəm ki, filialda artıq tədricən növbələr də başlayıb, müştərilər xidməti gözləyirlər…
- Biz fəaliyyətə yeni başladığımız ilk günlərdə gündə cəmi 1-2 müştəri gəlirdi, indi isə bu rəqəm 60-70, bəzən hətta 100 nəfərə çatır. Bu sadəcə müştəri artımı deyil — Xankəndidə həyatın canlanmasının, ticarətin və iqtisadi aktivliyin artması deməkdir. Burada hər yeni müştəri, hər müraciət bizim üçün şəhərin yenidən dirçəlişinin göstəricisidir. Biz də bu prosesin bir parçası olmaqdan qürur duyuruq.

- İlkin bəy, əhali fəallığının əsas göstəricilərindən biri istehlak kreditləridir. Xankəndi filialında istehlak kreditləri verilirmi?
- Əlbəttə, istehlak kreditlərini fəaliyyətə başlayan ilk gündən veririk. İlk olaraq burada yaşayan və işləyən şəxslərə kreditlər, kredit kartları ayırdıq. Bundan əlavə, dövlət sektorunda işləyənlərdən istehlak krediti və kredit kartları üzrə müraciətlər də var.
- Bəs, Kapital Bank Xankəndidə istehlak kreditlərini hansı şərtlərlə verir?
- İstehlak kreditləri müştərilərə 3 aydan 59 ayadək, illik 10.9%-dən başlayan şərtlərlə təklif edilir. İstehlak kreditlərində maksimal məbləğ 50 000 AZN-dəkdir. Bu mövzuda müştərilərə yanaşma individualdır. Onların bankla olan əməkdaşlığı, kredit keçmişi, maliyyə davranışları kimi bir çox məqamlar araşdırılır və nəticəyə əsasən kreditin məbləği və faizi təyin edilir.
- Bəs burada biznes kreditləri necə, ayırırsınız?
- Bəli, əlbəttə ayırırıq. Bankımızda həm öz vəsaitlərimiz, həm də Sahibkarlığın İnkişaf Fondunun ayırdığı vəsaitlər hesabına sahibkarlar üçün biznes kreditləri təqdim olunur. Müştərilər həm Fondun aşağı faizli kreditləri, həm də bankın daxili kreditləri üçün müraciət edirlər.
Filialımıza müraciət edən sahibkarların ərizələri Baş ofisə yönləndirilir, çünki iri məbləğli kredit müraciətlərinə orada baxılır. Amma bunun üçün müştərilərin Baş ofisə getməsinə ehtiyac yoxdur — bütün proses filialdan idarə olunur. Biz sənədləri toplayır, müraciəti sistemə daxil edirik. Qərar kredit komitəsində qiymətləndirildikdən sonra nəticə ilə bağlı sahibkara məlumat verilir.
Əslində bu prosesi onlayn da etmək mümkündür. Sahibkarlar Birbank Biznes platforması və mobil tətbiqi vasitəsilə banka gəlmədən müraciət göndərə, mərhələləri keçə və “Asan İmza” ilə təsdiqləyərək kreditlərini rahat şəkildə əldə edə bilirlər. Bu da vaxt itirmədən, daha çevik və rahat xidmət deməkdir. Amma filiala gələn müştərini də geri qaytarmaq olmaz. Əgər o xidməti burada almaq istəyirsə bizim də vəzifəmiz ona dəstək olmaqdır.
- Banka əmanət necə, qoyulurmu?
- Əlbəttə, əmanətlər qoyulur. Hələlik filialımızın depozit portfeli o qədər də çox deyil, amma hədəflərimizə uyğun irəlləyirik. Bankımız bu mövzuda ölkə liderlərindən biridir və bu nəticələrdə bizim də payımız var. Əmanət qoyanlar adətən fiziki şəxslərdir, elə bu gün siz gəlməzdən əvvəl filialımıza daha bir depozit yatırdılar.
- Xankəndi filialı hansı ərazilərə xidmət göstərir? Təkcə Xankəndi şəhəri, yoxsa ətraf rayonlar da?
- Hazırda zona olaraq Xankəndi, Xocalı, Əsgəran, Xocavənd və Şuşada olan bütün vətəndaşlar bizə müraciət edirlər, bu ərazidə yeganə filialımız Xankəndidədir. Amma yaxın zamanlarda Şuşa filialımız da fəaliyyətə başlayacaq. Bundan əlavə, digər işğaldan azad olunmuş ərazilərdə Laçında, Zəngilanda və Cəbrayılda da filialımız var.
- Ən çox müştəri yəqin Xankəndindədir.
- Bəli, amma Xankəndidən başqa, Şuşa, Xocalı, Əsgərandan da müraciətlər gəlir. Hələlik ən çox krediti də Xankəndində vermişik. Bundan başqa, bizdə səyyar bank xidmətləri də var, əməkdaşımız əraziyə gedib sakinlərdən müraciətləri qəbul edirlər. Yəni bura gəlməyə ehtiyac yoxdur, məlumatlar elə yerindəcə sistemə daxil edilir və kredit və ya kart verilməsi barədə qərar verilir.
- İlkin bəy, Xankəndində istehlak kreditlərini əsas hansı məqsədlə götürürlər? Yəni burada Bakıdakı kimi çox məişət təxnikası və ya telefon satılmır ki, kredit götürüb onu alsınlar. Burada kredit ən çox nə üçün istifadə olunur?
- İstehlak kreditlərinin əslində məqsədləri genişdir. Məsələn, ən çox kredit götürüb avtomobil alırlar, təmir işi görürlər və yaxud burada kredit götürüb xeyir iş, toy edənlər də var.
- Doğrudan?
- Bəli, burada toy və nişan məclisləri də çox olur. Hətta bizim gənc xanım kassirimiz var, onun da toyu burada, Xankəndində oldu. Xanım əməkdaşımız şuşalıdır. O, hərbçi ilə ailə qurub.
- İlkin bəy, müsahibəyə görə təşəkkür edirəm.
- Çox sağ olun, sizi qonaq etmək həmişə xoşdur. Biz xalq olaraq qonaqpərvərik, amma bu hiss Xankəndidə daha çox hiss olunur. Burada qapımızdan içəri keçən hər kəs arzulanan qonaqdır və onlara xidmət etməkdən çox məmnunuq.





![“İlk günlərdə 1-2 müştəri gəlirdi, indi 100-ə çatır – Xankəndidə həyat geri qayıdır”- [red]İlkin Babayev/”KapitalBank” – MÜSAHİBƏ - FOTOLAR[/red] | FED.az](upload/news/small/4372800.jpg)
![“İlk günlərdə 1-2 müştəri gəlirdi, indi 100-ə çatır – Xankəndidə həyat geri qayıdır”- [red]İlkin Babayev/”KapitalBank” – MÜSAHİBƏ - FOTOLAR[/red] | FED.az](upload/news/small/4833144.jpg)
![“İlk günlərdə 1-2 müştəri gəlirdi, indi 100-ə çatır – Xankəndidə həyat geri qayıdır”- [red]İlkin Babayev/”KapitalBank” – MÜSAHİBƏ - FOTOLAR[/red] | FED.az](upload/news/small/1990904.jpg)
![“İlk günlərdə 1-2 müştəri gəlirdi, indi 100-ə çatır – Xankəndidə həyat geri qayıdır”- [red]İlkin Babayev/”KapitalBank” – MÜSAHİBƏ - FOTOLAR[/red] | FED.az](upload/news/small/1321411.jpg)
![“İlk günlərdə 1-2 müştəri gəlirdi, indi 100-ə çatır – Xankəndidə həyat geri qayıdır”- [red]İlkin Babayev/”KapitalBank” – MÜSAHİBƏ - FOTOLAR[/red] | FED.az](upload/news/small/614761.jpg)
![“İlk günlərdə 1-2 müştəri gəlirdi, indi 100-ə çatır – Xankəndidə həyat geri qayıdır”- [red]İlkin Babayev/”KapitalBank” – MÜSAHİBƏ - FOTOLAR[/red] | FED.az](upload/news/small/1268994.jpg)
![“İlk günlərdə 1-2 müştəri gəlirdi, indi 100-ə çatır – Xankəndidə həyat geri qayıdır”- [red]İlkin Babayev/”KapitalBank” – MÜSAHİBƏ - FOTOLAR[/red] | FED.az](upload/news/small/2491245.jpg)
![“İlk günlərdə 1-2 müştəri gəlirdi, indi 100-ə çatır – Xankəndidə həyat geri qayıdır”- [red]İlkin Babayev/”KapitalBank” – MÜSAHİBƏ - FOTOLAR[/red] | FED.az](upload/news/small/4110323.jpg)
![“İlk günlərdə 1-2 müştəri gəlirdi, indi 100-ə çatır – Xankəndidə həyat geri qayıdır”- [red]İlkin Babayev/”KapitalBank” – MÜSAHİBƏ - FOTOLAR[/red] | FED.az](upload/news/small/375278.jpg)
![“İlk günlərdə 1-2 müştəri gəlirdi, indi 100-ə çatır – Xankəndidə həyat geri qayıdır”- [red]İlkin Babayev/”KapitalBank” – MÜSAHİBƏ - FOTOLAR[/red] | FED.az](upload/news/small/3854618.jpg)
![“İlk günlərdə 1-2 müştəri gəlirdi, indi 100-ə çatır – Xankəndidə həyat geri qayıdır”- [red]İlkin Babayev/”KapitalBank” – MÜSAHİBƏ - FOTOLAR[/red] | FED.az](upload/news/small/53275.jpg)
![“İlk günlərdə 1-2 müştəri gəlirdi, indi 100-ə çatır – Xankəndidə həyat geri qayıdır”- [red]İlkin Babayev/”KapitalBank” – MÜSAHİBƏ - FOTOLAR[/red] | FED.az](upload/news/small/621564.jpg)
![“İlk günlərdə 1-2 müştəri gəlirdi, indi 100-ə çatır – Xankəndidə həyat geri qayıdır”- [red]İlkin Babayev/”KapitalBank” – MÜSAHİBƏ - FOTOLAR[/red] | FED.az](upload/news/small/4937617.jpg)
![“İlk günlərdə 1-2 müştəri gəlirdi, indi 100-ə çatır – Xankəndidə həyat geri qayıdır”- [red]İlkin Babayev/”KapitalBank” – MÜSAHİBƏ - FOTOLAR[/red] | FED.az](upload/news/small/2282843.jpg)
![“İlk günlərdə 1-2 müştəri gəlirdi, indi 100-ə çatır – Xankəndidə həyat geri qayıdır”- [red]İlkin Babayev/”KapitalBank” – MÜSAHİBƏ - FOTOLAR[/red] | FED.az](upload/news/small/499452.jpg)
![“İlk günlərdə 1-2 müştəri gəlirdi, indi 100-ə çatır – Xankəndidə həyat geri qayıdır”- [red]İlkin Babayev/”KapitalBank” – MÜSAHİBƏ - FOTOLAR[/red] | FED.az](upload/news/small/4916441.jpg)
![“İlk günlərdə 1-2 müştəri gəlirdi, indi 100-ə çatır – Xankəndidə həyat geri qayıdır”- [red]İlkin Babayev/”KapitalBank” – MÜSAHİBƏ - FOTOLAR[/red] | FED.az](upload/news/small/3212286.jpg)
![“İlk günlərdə 1-2 müştəri gəlirdi, indi 100-ə çatır – Xankəndidə həyat geri qayıdır”- [red]İlkin Babayev/”KapitalBank” – MÜSAHİBƏ - FOTOLAR[/red] | FED.az](upload/news/small/3812379.jpg)
![“İlk günlərdə 1-2 müştəri gəlirdi, indi 100-ə çatır – Xankəndidə həyat geri qayıdır”- [red]İlkin Babayev/”KapitalBank” – MÜSAHİBƏ - FOTOLAR[/red] | FED.az](upload/news/small/1732642.jpg)










