Bank

İş adamlarına illik 5%-lə kredit gəlir - YENİ QAYDA, ŞƏRTLƏR

İş adamlarına illik 5%-lə kredit gəlir - YENİ QAYDA, ŞƏRTLƏR | FED.az
12:11 15 İyun 2019

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyi sahibkarlara illik 5%-də kredit ayıra biləcək.
FED.az xəbər verir ki, bu Agentliyin vəsaitindən istifadə Qaydasında nəzərdə tutulur.
Eləcə də bax: Lombardlara bəd xəbər - LİSENZİYA ALMALI OLACAQLAR - YENİ QANUN
 

Prezident İlham Əliyevin 14 iyun tarixli fərmanı ilə təsdiqlənən qaydaya əsasən, kreditlər innovasiya fəaliyyəti, yerli sahibkarlıq subyektlərinə müasir texnologiyaların və texnoloji həllərin əldə olunmasına yardım göstərilməsi və onların transferinin təşkili, ölkə daxilində və xaricində innovasiyayönümlü elmi tədqiqatların dəstəklənməsi və innovativ layihələrə, o cümlədən startaplara ayrılacaq.
Eləcə də bax: Vergilərin risk qrupu - "QARA SİYAHIYA" KİMLƏR DÜŞÜR? – AÇIQLAMA


Güzəştli kreditlər banklar və BOKT-lar vasitəsilə ayrılacaq. Həmin kredit təşkilatları Nazirlik tərəfindən müəyyən edilən meyarlara uyğun seçiləcək.
Yeri gəlmişkən, qaydaya görə, müvəkkil bankların Agentlikdən cəlb etdikləri vəsaitlərin ümumi məbləğinin qalığı onların məcmu kapitalının, bank olmayan kredit təşkilatlarının isə nizamnamə kapitalının 100 faizinədək ola bilər.
Eləcə də bax: Posterminalın olmamasına görə – CƏZALAR GƏLİR – NAZİRDƏN AÇIQLAMA


Əsas məqam: bu kreditləşmədə bank və BOKT-lar qarşısında sərt tələblər qoyulacaq.
Belə ki, qaydalarda deyilir ki, müvəkkil kredit təşkilatlarının Agentlik qarşısında öhdəliyi, onların sahibkarla münasibətlərindən asılı deyil. Yəni sahibkarların kreditləri necə ödəməsindən asılı olmayaraq banklar Agentlik qarşısında öz öhdəliklərini müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirməlidirlər. Bankların Agentlik qarşısında gecikdirdiyi hər gün üçün köçürülməyən vəsaitin 0,1 faizi həcmində penya ödəyirlər. Öhdəlik bir ay ərzində icra edilməsə, Agentlik vəsaitlərin qaytarılması üçün tədbirlər görür.
Eləcə də bax: Tikinti şirkətlərinin yoxlanmasına icazə verildi – YENİ QANUN


Agentliyin vəsaiti hesabına sahibkarlara aşağıdakı həcmlərdə kredit ayrılır
kiçikhəcmli kreditlər - 5 000 - 50 000 manat
ortahəcmli kreditlər - 50 001 - 1 000 000 manat
böyükhəcmli kreditlər - 1 000 001 - 10 000 000 manat.

Kiçikhəcmli kreditlər 3 ilədək, ortahəcmli kreditlər 5 ilədək, böyükhəcmli kreditlər 10 ilədək verilir.

Agentliyin kreditlərinin illik faiz dərəcəsi 1 faiz, müvəkkil kredit təşkilatlarının illik faiz dərəcəsi isə 4 faizdən artıq olmamaq şərti ilə, ümumilikdə kreditlərin illik faiz dərəcəsi 5 faizdən artıq olmamalıdır. Bir sahibkara verilən kreditin məbləği 10 milyondan artıq olmamalıdır.
Kreditlər üzrə güzəştli istifadə müddəti də var. Güzəşt müddəti kreditin ümumi müddətinin yarısı qədərdir. Bu dövrdə sahibkarlar kreditlər üzrə yalnız faizləri ödəyir, əsas borc üzrə hər hansı ödəniş etmirlər.

Digər xəbərlər