Azərbaycan Prezidenti İlham Əliyev “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
FED.az xəbər verir ki, sənədə əsasən qanunun 3-cü maddəsində “3 (üç)” sözləri “4 (dörd)” sözləri ilə əvəz edilib.
Bununla da Azərbaycanda əmanətlərin tam sığortalanması müddəti daha 1 il - gələn il martın 4-nə qədər artırılıb.
Qanuna dəyişiklik:
“Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində “3 (üç)” sözləri “4 (dörd)” sözləri ilə əvəz edilsin.
İlham Əliyevdən bank əmanətləri haqqında - SƏRƏNCAM
14:07
23 Fev 2019