Ümumilikdə banklar tərəfindən 2018-ci ilin yanvar ayında iqtisadi aktivlik çox aşağı səviyyədədir. FED.az xəbər verir ki, bu narazılığı Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin sədri İbrahim Alışov bildirdi.
Onun sözlərinə görə, ölkə rəhbərliyinin apardığı sistemli islahatlar 2018-ci ildə iqtisadi aktivliyin yüksələcəyinə şərait yaradacaq. Tənzimləyici qurum olaraq, Palata maliyyə bazarlarının yeni iqtisadi reallığa uyğunlaşdırılması və kreditləşdirmə imkanlarının artması üçün tədbirlər görür.
İbrahim Alışov: "Bir sıra beynəlxalq təşkilatlar Azərbaycanda fəaliyyətlərini zəiflətmişdilər, artıq onlar da daha aktiv şəkildə bazara daxil olmaq haqqında bildirişlərini verirlər. Hesab edirəm ki, 2018-ci il bizim üçün çox pozitiv il olacaq".
İbrahim Alışov: Beynəlxalq təşkilatlar bazara daxil olmaq haqqında bildirişlər verirlər
11:10
7 Mart 2018