Bankların müştərinin rəsmi gəlir əsasında ayırdığı istehlak kreditlərinin maksimal limiti adətən 15 – 20 min manat civarında olur. Müvafiq kreditlərin rəsmiləşdirilməsi zamanı kredit ya təminatsız ya da fiziki şəxsin zaminliyi ilə verilir. Həmçinin bu növ kreditlərin rəsmiləşdirilməsi zamanı Maliyyə Bazarlarına Nəzarət Palatasının sağlam kreditləşmə prinsiplərinin qorunması məqsədilə Banklara tövsiyyə etdiyi DTİ (debt to income) əmsalı da nəzərə alınır. Bu əmsalın prinsipinə əsasən müştərinin aktiv borc öhdəlikləri üzrə aylıq ödənişlərin cəmi onun rəsmi xalis gəlirinin maksimum 50%-i həcmində ola bilər.
ELƏCƏ DƏ BAX: Banklarda xarici valyuta ilə bağlı – LİMİTLƏR AÇIQLANDI
Əgər müştərinin rəsmi xalis gəliri ölkə üzrə yaşayış minimumunun (bu göstərici 2018-ci il üzrə 173 AZN təşkil edir) 3 mislindən azdırsa bu əmsal 40% olaraq nəzərə alınmalıdır. Bu əmsalın tətbiq edilməsi , həmçinin Bankların bəzilərinin də öz növbəsində tətbiq etdiyi risk alətləri müştərinin daha çox məbləğdə kredit əldə etməsinə maneçilik törədir. Lakin təminatı qismində daşınmaz əmlak girovu olan kreditlərdə Banklar kredit şərtlərini daha loyal təyin edirlər. Səbəb həm MBNP-nın bu tip kreditlər üzrə DTİ əmsalı tələbini tətbiq etməməsi həm də tam təminatlı kreditlərin daha risksiz kreditlər kimi təsnifləşdirilməsidir.
Daşınmaz əmlak təminatı ilə rəsmiləşdirilən kreditlər üzrə maksimal məbləğ adi istehlak kreditlərindən 3-4 dəfə daha yüksək olur. Kredit daha uzunmüddətli və daha aşağı faizlə təklif edilir. Lakin bir məqamı da unutmaq olmaz ki, bu növ kreditlərdə ərizəçinin rəsmi gəlirinə qarşı olan tələb öz qüvvəsində qalır. Yəni , daşınmaz əmlak təminatı ilə kreditləri yalnız rəsmi iş yeri olan və gəliri arayış, çıxarış və s.sənədlərlə təsdiq edilən şəxslər əldə bilərlər. İlk öncə girov qoyulan əmlak qiymətləndirmə şirkəti və ya bankın müvafiq departamenti tərəfindən qiymətləndirilir. Likvidlik baxımından banklar daha çox yeni və köhnə tikili mənzillərin girov qismində götürülməsində maraqlıdırlar. Bağ evləri, torpaq sahələri, obyekt və s. kimi əmlakların girov götürülməsi arzuolunan deyil. Adətən əmlaka qoyulan qiymətin maksimum 70-80%-i həcmində kreditlər ayrılır ki, bu da kredit müddəti ərzində baş verə biləcək fors major (inflyasiya, devalvasiya və s) hallarına qarşı olan risk alətidir. Statistik məlumatlara əsasən bu növ kreditlərin qaytarılmama və gecikmə riski çox aşağıdır. Müştəri tərəfindən hansısa bir məsuliyyətsizlik və ya ödəniş qabiliyyətinin itirilməsi halında banklar müqavilə şərtlərindən irəli gələn hüquqla məhkəməyə müraciət edib əmlakı satışa çıxara və satışdan əldə edilən pulun kredit borcunun ödənilməsinə yönləndirə bilərlər.
Bəs hansı Bankdan bu kreditləri əldə etmək mümkündür? Monitorinq qrupumuzun araşdırması nəticəsində məlumumuz oldu ki, bu növ kreditlər adi istehlak kreditləri qədər geniş yayılmamışdır. Kredit şərtlərində isə fərqliliklər mövcuddur. Araşdırma nəticəsində əldə etdiyimiz məlumatları Sizlərə təqdim edirik. Ümid edirik ki, bu kredit üzrə maraqlı olan şəxslər bu məlumatlar əsasında özlərinə uyğun olan Bankı tapa biləcəklər.
Bank |
Maksimal məbləğ |
Maksimal müddət |
İllik faiz dərəcəsi |
Komissiya |
AtaBank |
50 000 AZN |
48 ay |
Kreditin müddəti12 ayadək – 20%13 – 24 ay – 21%25 – 36 ay – 22%37 – 48 ay – 24% |
1% |
Bank of Baku |
70 000 AZN |
36 ay |
Kreditin müddəti12 ayadək – 23%13 – 24 ay – 24%25 – 36 ay – 25% |
Kreditin müddəti24 ayadək – 1%25 – 36 ay – 1,5% |
Bank Respublika |
50 000 AZN |
36 ay |
Kreditin müddəti12 ayadək – 23%13 – 24 ay – 24%25 – 36 ay – 25% |
Kreditin müddəti12 ayadək – 1%13 – 24 ay – 1,5%25 – 36 ay – 2% |
Bank BTB |
70 000 AZN |
36 ay |
20% – 25%(fərdi olaraq baxılır) |
0.5% – 1%(fərdi olaraq baxılır) |
Expressbank |
40 000 AZN |
36 ay |
Müştərinin rəsmi gəliriOlduqda – 22%Olmadıqda – 26% |
Müştərinin rəsmi gəliriOlduqda – 1.5%Olmadıqda – 2% |
TuranBank |
100 000 AZN |
36 ay |
Kreditin müddəti18 ayadək – 22%19 – 36 ay – 24% |
1% |
Rabitəbank |
50 000 AZN |
48 ay |
Kreditin müddəti12 ayadək – 20% / 18%*13 – 24 ay – 21% / 19%*25 – 48 ay – 22% / 20%**kredit məbləğinin girovun dəyərinə olan nisbəti 50%-dən aşağı olarsa 2% endirim edilir |
1% |
Nikoil Bank |
100 000 AZN |
60 ay |
24% |
1% |