Azərbaycanda əmanətlərin tam məbləğdə sığortalanması ilə bağlı müddətə başa çatmağa yaxınlaşdıqca (martın 4-də bü müddət bitir – FED.az), əmanətlərin sonrakı taleyi ilə bağlı müzakirələr başlayıb.
Eləcə də bax: Azərbaycanda əhalinin əmanətləri - YENİ SİSTEMLƏ SIĞORTALANACAQ
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının son açıqlamaları göstərir ki, bununa bağlı dəyişiklik gözlənilir – daha dəqiqi əmanətlərin tam məbləğdə sığortalanması indiki formada davam etməyəcək.
Eləcə də bax: “AtaBank”a əmanətçilərinə bildiriş göndərilməsi barədə - GÖSTƏRİŞ VERİLİB
Xatırdadaq ki, hazırda qüvvədə olan və martın 4-də başa çatacaq qaydalara görə, banklarda faiz dərəcəsi Əmanətlərin Sığortalanması Fondunun müəyyən etdiyi həddən yuxarı olmayan bütün əmanətlər – məbləğindən asılı olmayaraq - qorunur.
Bank əmanətlərinin sığortalanması məsələsi Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovun ötən həftənin sonunda keçirdiyi mətbuat konfransında müzakirə edilib.
Tədbirdə E.Rüstəmov bildirib ki, əmanətlərin tam həcmdə qorunması arədə qərar ölkədə maliyyə sabitliyinin təmin edilməsində mühüm rol oynayıb: «Həmin dövrü xatırlayırsınız, bank sektorunda kreditlərin qaytarılması ilə bağlı vəziyyət vardı. Və təsəvvür edin, əhali birdən-birə milyardlarla vəsaiti banklardan çıxarıb valyuta bazarına daxil olur, konvertasiya eləmək istyir və elə vəziyyətdə bu ciddi maliyyə sarsıntısı ola bilərdi və prezident vaxtında bu qanunu qəbul elədi».
Baş bankir misal göstərib ki, belə üsuldan başqa ölkələrdə istifadə edir: «İnkişvf etmiş ölkələrdə - Danimarka, Yaponiya, Belçika kimi ölkələrdə, yəni təkcə inkişaf etməkdə olanlarda deyil, böhranda olan ölkələr belə qanun qəbul eləyirlər».
Sözügedən qanunun müddəti ötən ilin martın 4-də başa çatdığına görə, bu məsədə Maliyyə Sabitliyi Şurasında müzakirə edilərək onun müddətinin daha 1 il uzadılması qərara alınıb: «AMB-nin mövqeyi o oldu ki, maliyyə sektorunda problemlər hələ həll edilməyib və belə vəziyyətdə əmanətlərin hətta az şissəsi də olsa bu problemlər həll olunmadan sığortadan çıxarmaq tez olardı. Prezident bu arqumentləri qəbul etdi və qanun müddəti bir qədər də uzadıldı».
Bu gün isə, Elman Rüstəmovun sözlərinə görə, ölkədə makroiqtisadi və maliyyə sabitliyi bərqərar olub: «Bunu müşavirədə prezident də qeyd elədi. Təbii ki biz bunu düşünməliyik. Sektorda nöqtəvi problemlər var və MSŞ-də bu məsələ bir daha müzakirə edilməlidir. Əsas prinsip problemlərin həll olunmasıdır. Bunun üçün qısa vaxtda kifayət edərdi».
Başqa sözlə, AMB-nin mövqeyi ondan ibarətdir ki, əmanətlərin tam mələğdə sığortalanmasına elə də ehtiyac qalmayıb. Bank sektorunda bir sıra banklarda problem olsa da, ümumilikdə sektor sağlamdır. Vı bu vəziyyət yeni yanaşma tələb edir. Məhz buna görə, AMB əmanətlərin sığortalanması üçün yeni model haqqında düşünür.
Amma iki məqam var
«Birincisi, düşünürük ki, bu bütün problemlər həll ediləndən sonra olmalıdır. İkincisi, bu «yumşaq proses» olmalıdır. Yəni xatırlayırsınızsa, əvvəllər sığortalanan əmanət məbləği 30 min manat idi, biz baxırıq ki, 30 min manatlıq əmanətdər də çoxdur, amma ola bilər ki, bu məbləğ kifayət etməsin».
Başqa sözlə, AMB əmanətlərin sığortalanması mexanizmində dəyişikliklərin bir neçə mərhələ ilə başa çatmasını təklif edir. Əvvəlcə əmanətlərin sığortalanan hissəsi daha byöük məbləğlə limitləşdiriləcək, sonra isə 30 min ətrafına gətiriləcək.
Baş bankirin sözlərindən məlum olur ki, artıq bununla bağlı təkliflər hazırdır, digər qurumlarla razılaşdırılıb və təsdiq üçün yeni parlamentir işə düşməsi gözlənilir: «Həm də yeni parlament formalaşacaq və çalışacağıq onların ilk iclaslarında bu prosesləri başa çatdıraq».