Mərkəzi Bankın uçot dərəcəsini 15%-dən 13%-ə endirməsi depozit faizlərinin də aşağı düşməsinə səbəb olacaq.
FED.az xəbər verir ki, bunu iqtisadçı alim Vüqar Bayramov Mərkəzi Bankın uçot dərəcəsini endirməsi ilə qərarı şərh edərkən bildirib. O deyib ki, bu addımın davamı olaraq Əmanətlərin Sığortalanması Fondu da qorunan əmanətlər üzrə faiz dərəcələrini aşağı sala bilər.
“Uçot dərəcəsinin azaldılması iqtisad baxımdan kredit faizlərini də aşağı salmalıdır. Təbii ki, bu daha çox Mərkəzi Bankı hansı səviyyədə mərkəzləşdirilmiş kredit bölgüsündən və bankların sağlamlaşdırılması üçün görülən işlərdən asılı olacaq. Son uçot dərəcəsinin aşağı salınmasına baxmayaraq, Azərbaycan Mərkəzi Bankı Tacikistan istisna olunmaqla, keçmiş sovet məkanında yenə də ən yüksək dərəcəyə malikdir. Belə ki, uçot dərəcəsi Gürcüstanda 7, Moldovada 8, Rusiyada 9, Qazaxıstanda 10.5, Belarusda 12 faizdir. Deməli, Mərkəzi Bankın 2018-ci ildə yenidən uçot dərəcəsinə baxaraq dərəcəni aşağı salmasına ehtiyac var. Ən əsası Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatası azalan uçot stavkası fonunda kredit faizlərinin də aşağı düşməsinə nail olmağa çalışmalıdırlar.”
Əmanətlərin faizi də aşağı salınacaq – EKSPERT

17:28
12 Fev 2018