Bugünkü araşdırma mövzusu banklar üçün risk amili baxımından demək olar ki, təhlükəsiz kredit məhsullarından biri olan “əmanət girovlu kreditlər”dir. Bu növ kreditləri müştərilərin bankda əmanət olaraq yerləşdirdikləri vəsaitlərin girovu əsasında verilir. Rəsmiləşmə proseduru çox sadədir. Kredit heç bir komitə qərarı olmadan kredit mütəxəssisləri, bəzi banklarda isə hətta əməliyyatçılar tərəfindən rəsmiləşdirilir. Rəsmiləşmə zamanı zaminə və ya rəsmi gəlirə ehtiyac yoxdur. Əmanət girovlu kreditləri ödəniş formasına görə 2 növdə ola bilir: annuitet ödəniş qrafikli nağd kreditlər və sərbəst ödəniş qrafikli kredit xəttləri.
Eləcə də bax: Azərbaycan yenə “manat dietası”na oturdu - İNFOQRAFIKA
Kreditin şərtləri haqqında onu demək istərdik ki, yanaşma formaları demək olar ki eynidir. Belə ki, kreditin müddəti əmanətin müddəti ilə məhdudlaşır, kreditin məbləği adətən əmanət məbləğinin 70% – 90% həcmində olur. İllik faiz dərəcəsi isə müştərinin banka girov qoyduğu əmanətin cəlbetmə faiz dərəcəsindən adətən 3% – 5% yuxarı olur. Subyektiv fikrimizə əsasən bu növ kreditlər üzrə komissiya haqqı alınması düzgün olmasa da bəzi banklar kredit proseduruna görə komissiya tətbiq edir. FED.az araşdırmadan sonra əldə etdiyilən məlumatlar əsasında hazırlanan cədvəli təqdim edir
Bank | Nağd kredit | Kredit xətti | ||||
Məbləğ | Faiz | Komissiya | Məbləğ | Faiz | Komissiya | |
AccessBank | USD: əmanətin 80%-i
AZN: əmanətin 70%-i |
Əmanətin faizi +
2%-dən 7%-dək |
0.5% – 1% | Əmanətin 70%-i | 24% | Yoxdur |
AFB Bank | Əmanətin 80%-i | Əmanətin faizi +
5% |
1% | – | – | – |
Amrahbank | USD: əmanətin 70%-i
AZN: əmanətin 90%-i |
Əmanətin faizi +
5% |
Yoxdur | USD:əmanətin 70%-i
AZN: əmanətin 90%-i |
Əmanətin faizi +
5% |
Yoxdur |
Azərtürkbank | Əmanətin 80%-i | Əmanətin faizi +
5% |
Yoxdur | Əmanətin 80%-i | Əmanətin faizi +
5% |
Yoxdur |
Bank BTB | Əmanətin 80%-i | Əmanətin faizi +
3% |
0.5% | Əmanətin 80%-i | Əmanətin faizi +
5% |
Yoxdur |
Bank Respublika | Əmanətin 90%-i (maksimum 30.000) | AZN:Əmanət faizi + 5%
USD:Əmanət faizi + 3% |
Yoxdur | Əmanətin 90%-I (maksimum 30.000) | AZN – 29%
USD – 10% |
Yoxdur |
Bank VTB | Əmanətin 90%-i | Əmanətin faizi +
3% |
1% | Əmanətin 90%-i | Əmanətin faizi +
3% və ya 4% |
1% |
ExpressBank | Əmanətin 90%-i | Əmanətin faizi +
3% |
Yoxdur | Əmanətin 20%-i | Əmanətin faizi +
3% |
Yoxdur |
GünayBank | Əmanətin 90%-i | Əmanətin faizi +
5% |
0.5% | – | – | – |
Kapital Bank | Əmanətin 80%-i | AZN:Əmanət faizi + 5%
USD:Əmanət faizi + 0.9% |
1% | Əmanətin 80%-i | AZN:Əmanət faizi + 5%
USD:Əmanət faizi + 0.9% |
1% |
NBC Bank | Əmanətin 90%-i | Əmanətin faizi +
5% |
Yoxdur | Əmanətin 90%-i | Əmanətin faizi +
5% |
Yoxdur |
Nikoil Bank | Əmanətin 90%-i | Əmanətin faizi +
3% və ya 5% |
Yoxdur | Əmanətin 90%-i | Əmanətin faizi +
3% və ya 5% |
Yoxdur |
Rabitə Bank | Əmanətin 90%-i
(maksimum 200.000) |
Əmanətin faizi +
3% |
Yoxdur | Əmanətin 70%-i
(maksimum 50.000) |
29%
(ilk 30 gün ərzində faizsiz) |
Yoxdur |
Turanbank | Əmanətin 90%-i | Əmanətin faizi +
4% |
1% | Əmanətin 40%-i | Əmanətin faizi +
4% |
1% |
Unibank | Əmanətin 90%-i | Əmanətin faizi +
3% |
1% | Əmanətin 60%-i | Əmanətin faizi +
3% (AZN minium 12%) |
1% |
Xalqbank | Əmanətin 80%-i | Əmanətin faizi +
2% |
20 AZN | Əmanətin 80%-i | Əmanətin faizi +
2% |
20 AZN |
Yapıkredi | Əmanətin 80%-i | AZN:Əmanət faizi + 6%
USD:Əmanət faizi + 12% |
1.5% | Əmanətin 80%-i | AZN:Əmanət faizi + 6%
USD:Əmanət faizi + 12% |
1.5% |
AG Bank, ASB – verilmir
Bank of Baku – əmanət qəbul edilmir