Azərbaycanda pul bazasının həcmi və eyni zamanda manat kütləsi də o qədər kiçilib ki, əhalinin dollar almağa artıq manatı yoxdur. FED.az xəbər verir ki, pul bazasının 2018-ci il, mayın 1-nə olan göstəricisi 9 milyard 684 milyon manatdır. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə belə azdır və hətta sərt pul siyasətinin yürüdüldüyü 2017-ci ilin mart ayındakı dövriyyəsinə daha yaxındır.
Eyni zamanda, manat kütləsi də azalıb və 8 milyard 413 min manata düşüb. Dövriyyədə olan nağd pullar da eyni şəkildə düşmə tendensiyası göstərir. Halbu ki, 2018-ci ilin əvvəlindən göstəricilər artırdı. Mart ayında pul bazası 10 milyard 7893 milyon manata qədər yüksəlmişdi.
Neftin bahalaşması fonunda psixoloji sakitlik hökm sürdüyündən monetar siyasətdə də yümşalma meyilləri başlamışdı. Lakin aprel ayından Türkiyədə və Rusiyada milli valyutaların çökməsi manatla bağlı psixoloji təzyiqləri artırdı. Halbu ki, Mərkəzi Bank mart ayında uçot dərəcəsini salaraq bazara müsbət mesaj göndərməyə çalışdı. Aprel ayında əhalinin davranışları isə bu mesajın manata sarsılmış inamın bərpası üçün hələki təsirsiz qaldığını göstərdi. Nəticədə tənzimləmə rıçaklarını yenidən gücləndirən Mərkəzi Bank manatın dövriyyədən yığılması üçün depozit hərraclarındakı rəqəmi qaldırdı.
Hər bir hərracda 250 milyon əvəvzinə 350 milyon manat yığıldı. Eyni zamanda notların və dövlət istiqrazlarının bazarda aktivləşməsi ilə manatı dövriyyədə azaltmaqla ona təzyiqləri saldı.
Pul iqtisadiyyatın qan dövranı hesab edilir. Amma hazırda bu qanın vurula biləcəyi real və etibarlı iqtisadi tərəfdaş tapılmadığından yaranan əlavə pul kütləsi də manata təzyiqləri artırır və nəticədə məzənnə sabitliyi üçün təhlükə yaradır. Manatı sıxmaqla Mərkəzi Bank təbii ki, bu təhlükəni sovuşdurmağa hələki nail ola bilir.
Tarix, 2018 |
Pul bazası |
Pul bazası manatla |
Dövriyyədə olan nağd pullar |
Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti, % |
01 |
9829.4 |
8761.6 |
7956.3 |
80.9 |
02 |
10248.5 |
9180.6 |
7929.5 |
77.4 |
03 |
10783.0 9 |
9471.0 |
8110.5 |
75.2 |
04 |
9684.3 |
8413.0 |
7551.3 |
78.0 |
Amma bir fakt da budur ki, bu azalmalarla yanaşı, manatın 2 dəfədən çox dəyərini itirməsi faktı da var. Yəni, hazırda dövriyyədə olan manatın dəyəri 2015-ci il devalvasiyasından əvvəlki dövrlə müqayisə etmək daha düzgündür. Bu zaman manat kütləsinin real olaraq nə qədər sıxılması mənzərəsi daha aydın görünür.
Əgər 2015-ci ilin yanvar ayında pul bazasının həcmi 10 milyard 760 milyon manat təşkil edirdisə bu zaman məzənnəni 0,78 ilə hesablasaq dövriyyədə 13 milyard 795 milyon dollar vardı. 1 may 2018-ci il tarixə isə dövriyyədə 9 milyrad 684 milyon manat var və hazırki məzənnə ilə hesablasaq bu 5 milyard 696 milyon dollar edir. Beləliklə, dövriyyədəki pul kütləsinin 2015-ci ilin ilk fevral devalvasiyadan bəri 2,5 dəfə sıxıldığı məlum olur.
İlhamə Abdullayeva