Azərbaycan bankı «milyardlıq həddə» yaxınlaşır – MƏNFƏƏTDƏDİR, SÜRƏTLƏ BÖYÜYÜR
Azərbaycanın aparıcı özəl banklarından olan «Unibank» 2021-ci ilin 3-cü rübü üzrə nəticələrini açıqlayıb.
FED.az bankın hesabatına istinadən xəbər verir ki, ilk 9 ayda bank 87,1 milyon manat faiz gəliri əldə edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 22 milyon manat və ya təqribən 33% artıqdır.
Faiz gəlirlərinin böyük hissəsi 84,6 milyon manat kredit portfelindən gələn gəlirlərin payına düşür (ötən illə müqayisədə 23 milyonmanat artıb).
Daha 2 milyon manatı «Unibank» qiymətli kağızlara yatırdığı vəsaitlərdən əldə edib.
Bankın faiz xərcləri isə bu dövrdə 29,3 milyon manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə faiz xərcləri 9 milyon manat və ya 42% artıb. Faiz xərclərinin böyük hissəsi bankdakı əmanətlərə görə ödənilən faizlərdir. 2021-ci ilin ilk 9 ayında «Unibank»da əmanəti olan müştərilərə 24,6 milyon manat faiz ödənilib, bu əvvəlki ilin eyni dövrünə nisbətən düz 62% artıqdır.
Daha 4 milyon manatı «Unibank» götürdüyü kreditlərə görə faiz kimi ödəyib. Nəticədə bankın xalis faiz gəliri 57,8 milyon manat olub. Bu ötən ilin eyni dövrünə nisbətən 12,8 milyon manat artıqdır.
Bu dövrdə bankın qeyri-faiz gəlirləri 28,9 milyon manat təşkil edib - 9 milyon manatdan çox, yəni 50%-ə yaxın artıb.
Bankda müştəri aktivliyini və bankdakı əməliyyatların həcminin əsas göstəricisi olan haqq və komissiya gəlirləri 5,5 milyon manat və ya 42% artaraq 18,9 milyon manat olub.
Xarici valyuta əmə əməliyyatlardan isə 2 milyona yaxın gəlir əldə edilib, amma bu ötən illə müqayisədə 1 milyon manat azdır.
2021-ci ilin 9 ayında «Unibank»ın qeyri-faiz xərcləri 17 milyon manat və ya 30%-ə yaxın artaraq 68,8 milyona çatıb. «Unibank» əmək haqqı fondunu ən çox artıran banklardandır – 3-cü rübün nəticələrinə görə bank əmək haqlarına 29 milyon manat xərcləyib ki, bu da ötən ildən 5,8 milyon manat və ya 25% artıqdır. Bankın ümumi və inzibati xərcləri isə 505 artaraq 20 milyon manatı keçib.
Nəticədə bank ilk 9 ayı 17,8 milyon manat əməliyyat mənfəəti ilə başa vurub. Ötən il bu göstərici 13 milyon manat olmuşdu.
Bu məbləğin 13,8 milyon manatı mümkün zərərlər üzrə ehtiyatlara ayrılıb, nəticədə bank hesbaat dövrünü 4 milyon 010 min manat xalis mənfəftlə bağlayıb.
Hesabat dövründə «Unibank»ın aktivləri 145 milyon manat və ya təqribən 18% artaraq tarixində ilk dəfə 1 milyard manata yaxınlaşıb - 960 milyon manat.
Artımın əsas mənbəyi müştərilərə verilən kreditlərdir – bu ilin əvvəlindən indiyədək «Unibank»ın kredit portfeli 160 milyon manat və ya 28% artaraq 727 milyon manatı keçib. Biznes kreditəri 46 milyon manat və ya 23%, istehlak kreditləri 113 milyon manat artıb. Bankın xalis kredit portfeli də 158 milyon manat artaraq 636 milyon manata yüksəlib.
«Unibank»ın qiyətli kabızlara yatırımı isə cəmi 9 milyon manat artaraq 44 mmilyondan 53 milyon manata qalxıb.
Bu dövrdə bankın öhdəlikləri kəskin yüksəlib – 9 ayın nəticələrinə görə öhdəliklər 144 milyon manat artaraq 863 milyon manat olub. Depozit portfeli136 milyon manat və ya 25% artaraq 656 milyon manatı keçib. Bankdakı əmanətlər 123 milyon manat artaraq 550 milyon manat yaxınlaşıb.
3-cü rübün yeknlarına görə bankın kapitalı 1 milyon manat artıb. «Unibank»ın səhmdar kapitalı 125,7 milyon manat təşkil edir. Bunun 36,3 milyon manatı bölüşdürülməmiş zərərə çıxılıb. Nəticədə kapital göstəricisi 1 milyon manat artaraq 97,8 milyon manat olub.