Azərbaycanda əhalinin banklardakı əmanətləri bu il fevral ayının 1-nə 11 milyard 928.5 milyon manat təkil edib.
Milli Məclisdə əmanətlərin vergidən azad edilməsi müddətinin uzadılması - TƏKLİF OLUNDU
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu rəqəm ötən ilin dekabr ayı ilə müqayisədə 1.6%və ya, 185.5 milyon manat çoxdur.
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstəricinin həcmi 23.8% və ya 2 mlrd. 292 mln. çoxdur. Belə ki, 2022-ci ilin fevral ayının 1-nə əhalinin banklardakı əmanətləri həcmi 9 mlrd. 635 mln. manata bərabər idi. (Apa)