Oktyabrın 18-i saat 01:00-dan 07:00-a qədər “AzeriCard” MMC profilaktik tədbirlər həyata keçirəcək.
FED.az “Report”a istinadən xəbər verir ki, bununla bağlı bu prosessinq mərkəzindən xidmət alan banklar öz müştərilərinə müraciət ediblər.
Müraciətdə deyilir ki, həmin tədbirlərlə bağlı kartların istifadəsində problem yarana bilər.
Eləcə də bax:Banklar 3 rübü necə başa vurdu - MƏNFƏƏT- ZƏRƏR - SİYAHI
“AzerCard”ın baş direktor müavini Zakir Əhmədov “Report”a açıqlamasında faktı təsdiqləyib və bunun mütəmadi xarakter daşıdığını qeyd edib: “Visa” və “MasterCard”ın tələbi ilə hər il iki dəfə profilaktik tədbirlər həyata keçirilir. Həmin tədbirlərdən biri aprelə, digəri isə oktyabr ayına düşür. Bu məhz “Visa” və “MasterCard”da baş verən yenilənmələrin tətbiqi ilə bağlıdır. Yəni hər hansı bölmə üzrə yenilənmə olduqca bu həmin bölmənin fəaliyyətinə təsir edə bilər”.
Xatırladaq ki, “AzeriCard” 21 banka xidmət göstərir.