«Bank Avrasiya ASC» 2017-ci ilin yanvar-sentyabr ayları üzrə əsas maliyyə göstəricilərini açıqlayıb.
FED.az bankın rəsmi hesabatına əsasən məlumat verir ki, bu ilin 9 ay ərzində “Bank Avrasiya ASC”-nin faiz gəlirləri ötən ilin sonuna olan göstəriciləri ilə müqayisədə 21,5% azalaraq 9,5 mln. manat, faiz xərcləri 35,1% azalaraq 2,2 mln. manat, qeyri-faiz gəliri 47,4% azalaraq 2 mln. manat, qeyri-faiz xərcləri 18,1% azalaraq 3,1 mln. manat təşkil edib.
Beləliklə, “Bank Avrasiya ASC” bu ilin 9 ayını 10,9 mln. manat xalis mənfəətlə başa vurub.
Cari ilin oktyabrın 1-nə bankın aktivləri 153,4 mln. manat olub ki, bu da 2016-cı ilin sonu ilə müqayisədə 6,9% artıqdır. Bunun 86,8 mln. manatı müştərilərə verilmiş kreditlərdir. Son 9 ayda bankın kredit portfelində 3,8% azalma müşahidə olunub.
Kreditlərin 36%-i ticarət və xidmət sahələrinə, 26%-i emal sahəsinə, 15%-i kənd təsərrüfatına ,14%-i fiziki şəxslər üçün kreditlərə, 8%-i isə digər sahələrə, ayrılıb.
Hesabat tarixinə bankın ümumi öhdəlikləri 1,5% azalaraq 89,5 mln. manat təşkil edib ki, bunun da 49,1 mln. manatı müştərilərdən cəlb olunmuş depozitlərdir. Həmçinin, son 9 ayda bankın depozit portfelində 8,6% azalma müşahidə olunub.
Ötən ilin sonuna olan göstərici ilə müqayisədə bankın kapitalı 21,5% artaraq 63,9 mln. manat təşkil edib.
Bu bank özünə arxayındır – MƏNFƏƏTLİ HESABAT
11:06
8 Noy 2017