Azərbaycan Beynəlxalq Bankı (ABB) dollar öhdəlikləri ilə ehtiyatlı olmağa başlayıb. FED.az xəbər verir ki, bank dollar əmanətlərinin qəbulunu məhdudlaşdırıb. Bankdan bildirilib ki, bir qədər əvvəl əmanət şərtlərinə edilən dəyişikliyə görə, banka dollar əmanətini yalnız 1 illik müddətə yatırmaq olar.
Bu zaman illik faiz dərəcəsi 2% təşkil edəcək. Xatırladaq ki, bir qədər əvvələdək bank dollar əmanətini 2-3 illik müddətə də qəbul edirdi. Bankdn bu dəyişikliyin səbəbini izah etməyiblər.
ABB manat əmanətlərinə də «əl gəzdirib». Manatla əmanətlərin faiz dərəcəsi 11-12%-dən 10-11 faizə enirilib. Manatla əmanətlər 1, 2, 3 illik müddətə qəbul edilir. 1 illik müddətdə faizlər hər ay ödənildikdə 9%, faizlər hər il ödənildikdə isə 10% təşkil edir. Əmanət müddəti 2 və 3 illik olduqda isə faizlər hər ay ödənildikdə 10%, il sonu ödənildikdə isə 11% təkil edir.