Azərbaycan Beynəlxalq Bankı" ASC 3 illik korporativ strategiyasının hazırlanması ilə bağlı məsləhət xidmətlərinin satın alınmasına dair açıq tender elan edib.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 300 manatdır.
İddiaçılar ilkin sənədləri iyunun 20-nə qədər, tender təklifi və onun dəyərinin 5%-i qədər bank təminatını isə iyunun 27-nə qədər Bankın Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi, 67 ünvanındakı baş ofisinə təqdim etməlidirlər. Əlaqələndirici şəxs Emin İbrahimovdur (tel.: (012) 493 00 91, daxili: 2700, 2703, elektron poçt: [email protected]).
Təkliflərə iyunun 28-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.