Azərbaycan Beynəlxalq Bankının səhmlərinin bazar qiyməti nominal dəyərini üstələyib.
Eləcə də bax: Azərbaycanda bank əmanətlərinin 16%-i - QORUNMUR
FED.az "turan"a istinadən xəbər verir ki, martın 23-də keçirilən hərracda Azərbaycan Beynəlxalq Bankının səhmləri nominal dəyərindən 1 qəpik baha, 28 qəpiyə satılıb. Bu hal son 11 il ərzində ilk dəfə baş verib.
İnvestorlar hesab edir ki, bankın səhmlərinin bazar dəyərinin artımı 2018 - 2019-cu illərdə divident siyasəti və bankın gəlirliliyi fonunda baş verir. 2019-cu ildə bank səhmdarlara bir səhmi 3,3 qəpikdən (100 qəpik – 1 manat) hesablayaraq divident verib. Ötən ilin yekunlarına əsasən, bankın bir səhmə görə mənfəəti 7 qəpik təşkil edib. 2019-cu il ərzində səhmlərin gəlirlilik əmsalı 24,3%-a çatıb. Bank 2019-cu ildə 302,3 milyon manat xalis mənfəət əldə edib.