Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) İdarə Heyətinin sədr müavini Abbas İbrahimovun sədr vəzifəsinə təyin edilməsinə münasibət bildirib.
FED.az xəbər verir ki, hüquqşünas deyib ki, yeni sədr orta səviyyəli menecer, qeyri-müsteqil və təcrübəsi az olan şəxsdir.
"A.İbrahimov indiyə qədər onsuz da sədr vəzifəsini icra edirdi, sadəcə sədr kimi təsdiqlənmirdi. Deməli nəyisə gözləyirdilər. Onun ABB-yə sədr təyin edilməsi Bankın özəlləşdirilməsinin gündəmdə olmamasından, alıcının tapılmamasından xəbər verir. ABB-nin müştəriləri tədricən digər yerli banklara keçəcək və bu bank olan-qalan mövqeyini də əldən verəcək, orta səviyyəli bank olacaq. Belə banka A. İbrahimov səviyyəli şəxs də rəhbərlik edə bilər", - deyə o, qeyd edib.
Eləcə də bax: Beynəlxalq Bankın İdarə Heyətində - TƏYİNATLAR