Fərqan Novruzov Azərbaycan Beynəlxalq Bankının törəmə şirkəti “ABB-Moskva”nın Müşahidə Şurasının yeni üzvü təyin edilib. F.Novruzov bir il müddətinə Müşahidə Şurasının tərkibində olacaq.
O, bu vəzifədə Fərid Həşimovu əvəz edəcək.
Qeyd edək ki, “ABB-Moskva”nın Müşahidə Şurasının sədri Zuat Qaraisayevdir. Şuraya həmçinin Aqşin Əmirov daxildir.