Azərbaycan Beynəlxəln Bankının mobil əlavəsi olan «İBAM»da yeni funksiya işə düşüb. FED.az xəbər verir ki, bu barədə Bankın Pərakəndə biznes departamenti direktorunun müavini Elşən Cəfərov bildirib.
Onun sözlərinə görə, İBAM-ın funksionallığın artırmaq üçün burada demək olar ki, hər ay yeni funksiya tətbiq edilir.
Eləcə də bax: Hansı bankın "mobil bank" xidməti daha sərfəlidir? - SİYAHI
Bir neçə həftə əvvəl mobil əlavəyə yeni funksiyalar daxil edilib. Bunlardan biri «sadələşdirilmiş giriş» adlanır. Yəni mobil əlavənin istifadəçiləri burada artıq özlərinin istədiyi giriş kodu qoya biləcəklər.
Yəni artıq uzun və çoxsimvollu şifrələrə ehtiyac qalmayacaq. Bundan başqa, əsas yenilik odur ki, əlavə istifadəçiləri öz bank hesablarından köçürmələr etmək imkanına malikdirlər. Yəni istifadəçilər İBAM vasitəsilə təkcə öz kartlarını deyil, həm də bank hesablarını da idarə edə biləcəklər.