Azərbaycan Beynəlxalq Bankının VISA kart sahibləri üçün elan etdiyi stimullaşdırıcı lotereya kampaniyasının uduş fondu 25 sentyabr 2018-ci il tarixində saat 17.00-da bankın korporativ Facebook səhifəsində canlı yayımda oynanılıb. FED.az xəbər verir ki, qaliblərin seçimi 01 avqust – 15 sentyabr tarixlərini əhatə etmiş kampaniya müddətində formalaşan uduş şansları arasından, xüsusi proqram təminatı vasitəsilə, təsadüfi seçim əsasında aparılıb.
Lotereya 1 tirajdan ibarət olmaqla 6 mərhələ üzrə keçirilib. Ümumilikdə 100 iştirakçı qalib olub. Mərhələlər üzrə 50 iştirakçı 100 manat, 30 iştirakçı 300 manat, 15 iştirakçı 500 manat, 2 iştirakçı “iPhone 8”, daha 2 iştirakçı “iPhone X” smartfonları udub. BİRİNCİ YERİN QALİBİ isə Azərbaycan Beynəlxalq Bankından 5000 MANAT HƏDİYYƏ qazanıb.
Uduş fondunun canlı yayımının videoyazısını Facebook üzərindən izləyin
Qaliblər hədiyyələrini almaq üçün 90 gün müddətində Azərbaycan Beynəlxalq Bankının Baş ofisinə (Bakı şəhəri, Nizami küçəsi -67) müraciət edə bilərlər. Lotereyanın nəticələri ilə buradan tanış olmaq olar. Nəticələr “Xalq qəzeti”ndə də dərc ediləcək.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 38 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.