“Aqrarkredit” QSC Azərbaycan Beynəlxalq Bankının problemli aktivlərini idarə edir ki, bu bankdan 9 600-dən çox problemli aktivlər qəbul olunub.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti, “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayev deyib.
Eləcə də bax: “Azərbaycan Beynəlxalq Bankı”nın - MƏNFƏƏTİ ARTIB
Onun sözlərinə görə, bu günədək 3,2 mlrd. manatdan artıq borc ödənilib.
"Bununla yanaşı mövcud kreditlərdən 400 mindən yuxarısı borcları 17 min manatadək olan fiziki şəxslərə aiddir. Həmin borclularla işlər görülür və biz sözügedən borcları restrukturizasiya edərək aşağı faizlə kreditlər veririk ki, bu da insanların maliyyə vəziyyətini yaxşılaşdırmasında faydalı olur. Onlar yenidən sağlam müştəri kimi banklardan kredit ala bilər", - deyə M. Musayev qeyd edib.
Apa