Bakı Fond Birjasında (BFB) Azərbaycanın bank sektorunun lideri, ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankı - ABB-nin istiqrazlarının yerləşdirilməsi baş tutub.
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, ABB-nin istiqrazlarının ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı Bakı Fond Birjasının (BFB) Listinq Komitəsi 3 mart 2026-cı il tarixində qəbul edilmişdi.
İstiqrazlara abunə yazılışı isə 04.03.2026-cı il tarixində başlayıb, 17.03.2026-cı il tarixində bitib. Martın 19-da isə istiqrazların (AZ2003004580 İSİN kodlu) yerləşdirilməsi baş tutub.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
Xatırladaq ki, emissiya çərçivəsində hər birinin nominal qiyməti 100 manat olan 50 000 ədəd, ümumilikdə 5 milyon manatlıq istiqraz buraxılıb. İstiqrazların illik gəlirliyi 11% təşkil edir ki, bu da bəzi bankların əmanət faizlərindən artıqdır.
Şərtləri görə 2 il dövriyyədə olacaq istiqrazlar üzrə faizlər 3 ayda bir dəfə ödəniləcək.
ABB-nin istiqrazlarını yerləşdirilməsi investorların ABB-yə böyük etimadını növbəti dəfə nümayiş etdirib. İstiqrazların yerlşədirilməsi zamanı investorların böyük aktivliyi müşahidə olunub.
Belə ki, 277 investor tərəfindən 352 sifariş qəbul edilib. Emissiya həcmi 5 milyon manat olduğu halda, ümumi sifarişlərin həcmi 27 milyon manatı keçib.
Xatırladaq ki, buraxılışın anderrayteri «ABB-İnvest İnvestisiya Şirkəti» QSC olub.
|
Emitentin adı |
"AZƏRBAYCAN BEYNƏLXALQ BANKI" ASC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2003004580 |
|
İstiqrazların növü və forması |
Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Abunə yazılışı |
|
İstiqrazların sayı |
50,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
5,000,000 manat |
|
Kupon faizi |
11% |
|
Ödəmə Periodu |
İstiqrazlar üzrə hesablanmış faizlər, buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 gündən bir ödəniləcəkdir |
|
Tədavül müddəti |
2 il |
|
Minimal qiymət |
100 (11.0000%) manat |
|
Maksimal qiymət |
100 (11.0000%) manat |
|
Kəsmə qiyməti |
100 (11.0000%) manat |
|
Ortaçəkili qiyməti |
100 (11.0000%) manat |
|
Reallaşdırılmış həcm |
5,000,000 manat |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
27,065,500 manat |
|
Abunə yazılışında iştirak etmiş investor sayı |
296 |
|
Sifarişi icra edilmiş investor sayı |
277 |
|
Abunə yazılışında təklif edilmiş sifariş sayı |
352 |
|
İcra edilmiş sifariş sayı |
329 |
|
Anderrayter |
ABB-İnvest İnvestisiya Şirkəti” QSC |












