"Xarici öhdəliklər və toksik aktivlərin ötürülməsi də daxil olmaqla 2017-ci ilin sonunda “Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) restrukturizasiya prosesi başa çatıb".
FED.az xəbər verir ki, bu barədə "Moody's" beynəlxalq reytinq agentliyindən bildirilib.
Agentliyin mütəxəssisləri qeyd ediblər ki, restrukturizasiya prosesindən sonra bank kapital mövqeyini, aktivlərinin keyfiyyətini bərpa edib, maliyyə strukturunu yaxşılaşdırıb.
“Buna baxmayaraq, bankın gələcək inkişafı, kredit portfelinin böyüməsi, daimi baza gəlirinin yaxşılaşması, o cümlədən mövcud açıq valyuta mövqeyinin hedcləşdirilməsi ilə bağlı hələ də çağırışlar mövcuddur”, - deyə agentlikdən bildirilib.