Əfqan Abbasov “Azərbaycan Beynəlxalq Bankı” ASC-də Pərakəndə Bankçılıq Departamentinin direktor müavini vəzifəsinə təyin olunub.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Əfqan Abbasovun əsas iş istiqaməti ödəniş kart və terminalları, rəqəmsal məhsulların inkişaf etdirilməsi olacaqdır.
Eləcə də bax: "Beynəlxalq Bank"da - DAHA BİR TƏYİNAT
Qeyd etmək istərdik ki, Əfqan Abbasov Qafqaz Universitetinin Maliyyə və Kredit fakultəsini bakalavr pilləsini, Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə üzrə maqistr təhsilini fərqlənmə ilə bitirib. Bakı Mühəndislik Universitetində İqtisadiyyat üzrə fəlsəfə doktorluğuna başlamış və iqtisadiyyat fəlsəfə doktorluğu üzrə Nağdsız ödənişlərin qeyri neft sektoruna təsiri üzrə araşdırmasını İtaliyanın Tusia universitetində davam etdirmişdir.
Eləcə də bax: "AFB Bank"a yeni sədr - TƏYİN EDİLİB
Əmək fəaliyyətinə LPO DəmirBank-da başlamış, Plastik Kartlar Departamentində menecer vəzifəsində, Azər-Türk Bank-da isə Ödəniş Kartları Departamentinin direktor müavini vəzifəsində çalışmışdır. Rəqəmsal Bankçılığın inkişaf etdirilməsi, Yeni məhsulların yaradılması, Ödəniş kart və məhsulları üzrə gəlir və xərclərin analiz edilməsi, ödəniş sistemləri üzrə Risklər və prosessiniq mərkəzinin yaradılması iş fəaliyyətində əsas istiqamətlərindən olmuşdur.
Eləcə də bax: Beynəlxalq Bankda yeni departament yaradılıb - TƏYİNAT
Əfqan Abbasov, İnformatika fənn olimpiadalarında 2005, 2006-ci illərdə qızıl medala layiq görülmüş, dünya fənn olimpiadasında Meksikada Azərbaycanı təmsil etmişdir. ACM proqramlaşdırma olimpiadasında fərdi və komanda halında Respublika 1cisi olaraq region ölkələr arası turnirdə 3-cü dərəcə əldə etmişdir. 2015-ci ildə Visa Beynəlxalq Ödəniş sistemi tərəfindən təşkil edilmiş Visa Global Challange-da 35 ölkədən 132 bank arasında komanda halında ilk 10-a daxil olmuşlar.