Ölkənin ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankında strktur dəyişikliyi olub.
FED.az-ın məlumatına görə, bankda kiçik və orta sahibkarlıqla işin gücləndirilməsi məqsədilə Kiçik və orta sahibkarlarla iş departamenti təsis edilib. Yeni departamentə Nuru Xəlilov başçılıq edəcək. N.Xəlilov indiyədək ABB-nin bir sıra strukturlarına və Səbail filialına rəhbərlik edib.
Eləcə də bax: “Azərbaycan Beynəlxalq Bank”ında 3 departament birləşdirilib, direktor - TƏYİN EDİLİB
Artıq yeni departamentin rəhbərliyi sahibkarlarla ilk görüşünü keçirib.
Görüşdə ABB-nin iş adamlarına dəstəyi, sahibkarları maraqlandıran məsələlərlə bağlı yeni həllər müzakirə edilib.