Azərbaycan Beynəlxalq Bankında daha bir təyinat
Azərbaycan Beynəlxalq Bankında yeni təyinat olub. Bankın Maliyyə menecmenti departamentinin direktoru vəzifəsinə Elçin Əlizadə təyin edilib.
FED.az məlumat verir ki, 1986-cı il təvəllüdlü Elçin Əlizadə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinin məzunudur. 2009-cu ildə bu universiteti magistr dərəcəsi ilə bitirib.
Eləcə də bax: Beynəlxalq Bankda - YENİ TƏYİNAT
2007-2008-ci illərdə Paşa Bankın Əməliyyat və nəzarət departamentində mütəxəssis vəzifəsində çalışıb. 2009-cu ildən son təyinata qədər isə Ernst & Young beynəlxalq audit və konsaltinq şirkətinin əvvəlcə mütəxəssisi, daha sonralar baş mütəxəssisi, işçi qrupunun rəhbəri, meneceri və baş meneceri olub. ABŞ-ın Oregon Ştatının Sertifikatlaşdırılmış İctimai Mühasibi (CPA) lisenziyasına malikdir.