Azərbaycanın ən iri və öndə gedən Banklarından biri olan Azərbaycan Beynəlxalq Bankı yeni Arxiv Sənəd Saxlanc Xidməti üzrə REISSWOLF Azərbaycan ilə cari ilin ikinci rübündən əməkdaşlığa başlayıb.
FED.az xəbər verir ki, “Şirkətlər tərəfindən təyin olunmuş strateji hədəflərə daha çox fokuslanmaq və iş vaxtlarının daha səmərəli şəkildə istifadəsi üçün daim innovasiyalar etmək tələb olunur” – REİSSWOLF şirkətinin Beynəlxalq Françayzinq Direktoru Ana-Magdalena Hueni deyib.
O, əlavə olaraq qeyd edib: ”Hal-hazırda dünyada baş verən xoşa gəlməz pandemiya da həm Bank, həm də qeyri-bank sektorlarının müasirləşməsi və rəqəmsallaşmasının vacibliyini bir daha göstərdi. Azərbaycanda beynəlxalq standartlara uyğun, yüksək təhlükəsizlik səviyyəsi və mükəmməl axtarış imkanları olan RWAM adlı Arxiv İdarəetmə Sisteminə keçid də yeniliyə doğru daha bir addımdır”.
Almaniyanın Hamburq şəhərində təsis edilən REISSWOLF şirkəti dünyada 50-dən artıq ölkədə fəaliyyət göstərir və 35 ildən artıqdır ki, sırf Sənədlərin Arxivləşməsi və Rəqəmsallaşması Xidmətləri üzrə təkmilləşir. 2019-cu ilin əvvəlindən Azərbaycanda Sənədlərin Fiziki Saxlanc Anbarı və Elektron Arxiv Sənəd İdarəetmə Sisteminin yaradılması üzrə fəaliyyətə başlayıb və artıq ölkəmizdə öz müştərilərinin inamını qazanıb.
“REISSWOLF Azərbaycan olaraq, ilk müştərilərimizin xarici və qlobal şirkətlər olmasına baxmayaraq, artıq bir çox yerli və dövlət müəssisələrinin də inamını qazanmaq və əməkdaşlıq etmək bizə sevinc hissi oyatdığı kimi, hər bir müştərimizə ən yüksək səviyyədə təhlükəsizlik, məxfilik və müasirlik üzrə xidmət görsətməyə davam edəcəyik”, – REISSWOLF Azərbaycan şirkətinin Satış Meneceri Xəyal Məmmədov bildirib.