ABB-dən kredit almaq indi daha da rahat olub.
Bankdan FED.az-a verilən məlumata görə, bunun üçün artıq Bankın filiallarına gəlməyə gərək yoxdur. ABB müştərilərin vaxtına və rahatlığına dəyər verərək onlayn kredit imkanını onlara təqdim edib. Müştərilər krediti oturduqları yerdən günün istənilən vaxtında sifariş verib əldə edə bilərlər.
ABB müştəriləri üçün ayda 300 manat keşbək - QAZANMAQ İMKANI
Bu imkandan faydalanmaq və 20 000 AZN-dək zaminsiz nağd kredit əldə etmək üçün kredit linkinə, 15 000 AZN-dək TamKart taksit kartı əldə etmək üçün kart linkinə daxil olmaq lazımdır. Belə ki, müştəri şəxsiyyət vəsiqəsinin FİN kodunu və telefon nömrəsini saytın müvafiq bölmələrinə daxil edib krediti sifariş verir. Mobil telefonuna gələn kodla sifarişini təsdiqləyir. Sistem cəmi bir neçə saniyə içində müştəriyə uyğun maksimum kredit məbləğini hesablayır. Bu məbləğ çərçivəsində uyğun ay və kredit limiti seçib yenidən hesablama aparmaq olar.
Krediti əldə etmək üçün isə 3 seçim imkanı təklif edilir. Müştəri kredit məbləğini ABB-də mövcud olan debet və ya kredit kartına mədaxil edə, kredit ünvanına çatdırıla, yaxud vəsaiti ən yaxın filialdan götürə bilər. Bu imkandan əmək haqqı kartı istənilən bankda olan bütün şəxslər faydalana bilər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.