Azərbaycan Beynəlxalq Bankı (ABB) Yeni İl münasibətilə keçirdiyi kredit kampaniyasının şərtlərini açıqlayıb. FED.az xəbər verir ki, kampaniya çərçivəsində bankın istehlak kreditlərinin faiz dərəcəsi ciddi şəkildə endirilib. Belə k, indiyədək 22-23%-lə verilən istehlak kreditləri 19%-ə salınıb. Zaminsiz verilən istehlak kreditinin maksimum məbləği isə 5 min manatdan 7 min manata qaldırılıb.
Bu şərtlər kampaniyanın sonunadək, yəni yanvarın 10-a qədər qüvvədə olacaq.
ELƏCƏ DƏ BAX: Azərbaycanda dollar kreditləri ilə bağlı – YENİ QAYDA