Son bir ildə «Azərbaycan Beynəlxalq Bank» ASC-nin (ABB) işçilərinin sayı 300 nəfərdən çox artıb.
FED.az bankın yarım illik hesabatına istinadən xəbər verir ki, 2021-ci il iyulun 1-ə bankın əməkdaşlarının sayı 2 673 nəfər olub.
Bu ötən ilin eyni dövrünə nisbətən 314 nəfər və ya 14,6% artıqdır.
Qeyd edək ki, fəaliyyətini genişləndirən və aktivliyini yüksəldən ABB-nin əməkdaşlarının sayı ardıcıl 4 rübdür ki, artmaqdadır.
Belə ki, bankın əməkdaşlarının sayı 30.06.2020-də 2 332 nəfər, 30.09.2020-ə 2 461 nəfər, 31.12.2020-də 2 615 nəfər, 31.03.2021-də 2 647 nəfər, 30.06.2021-də 2 673 nəfər təşkil edib.