FED.az xəbər verir ki,
1) Azərbaycan Beynəlxalq Bankı Telesatış üzrə Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis vakansiyalarını açıq elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, satış sahəsində davamlı fərdi və peşəkar inkişafa can atan bütün təcrübəli namizədləri aktiv şəkildə böyüyən Telesatış komandamıza qoşulmağa dəvət edirik! Telesatış komandasının üzvü olaraq Siz bankın potensial müştərilərinə zənglərin edilməsindən, bankın təklif etdiyi məhsullarının satışını həyata keçirilməsindən və satış kvotasının yerinə yetirilməsindən məsul olacaqsınız.
Görəcəyiniz işlər:
Bankın mövcud məhsul və xidmətlərinin müştərilərə zəng vasitəsilə ilkin satışı;
Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və bank məhsullarına dair məsləhətlərin verilməsi;
Bankın təsdiqlənmiş metodologiyasına uyğun olaraq şikayətlərin araşdırılması;
Müraciətlərin interfeysdə qeydiyyatının aparılması;
Müştəri bazasını hər zəngdən sonra yenilənməsi
Hər zəng uğurlu bir satış ola bilər və əlavə gəlir mənbəyinə çevrilə bilər! Ən əsası isə Siz müştərilərə öz problemlərinə həll yolu tapmaqda və Bankla ünsiyyətdən zövq almaqda böyük rol oynayacaqsınız.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
Adekvat əmək haqqı və bonus sistemi
Növbəli iş qrafiki (gün ərzində 8, həftə ərzində 40 saatı keçməmək şərti ilə)
Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
Davamlı karyera inkişafı
Bizim üçün ideal namizəd:
Ali təhsili olan
Satış sahəsində (telesatış və ya qaynar satışlar) ən az 1 il iş təcrübəsi olan
Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən
İnandırmağı, arqumentlər tapmağı, problemlərə kreativ həll yolları tapa bilən
Ünsiyyət qurmağı sevən və bunu ustalıqla, bacarıqlı və aydın şəkildə apara bilən
Komputer bilikləri yüksək səviyyədə olan bir şəxsdir
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına 30.11.2019 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: " Telesatış üzrə Mütəxəssis/Aparıcı mütəxəssis/Baş mütəxəssis ")
Əlavə məlumat üçün: www.ibar.az
2)
“ABB” ASC Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsi üzrə aparıcı mütəxəssis vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
İT strukturları üzrə biznes proseslərin düzgünlüyünün yoxlanması;
İT təhlükəsizliyi üzrə yoxlamaların aparılması;
İT proseslər üzrə qaydaların hazırlanması;
İT proseslər üzrə rəylərin verilməsi;
İT proseslərində nöqsanları və çatışmazlıqları aşkar etmək və aylıq hesabatın rəhbərliyə verilməsi;
Yeni məhsulların texnologiya tutumunun yükəslməsi və gündəlik qərarvermədə İT məsələlərin müzakirəsi
Vakant vəzifə üzrə tələblər:
İqtisadiyyat istiqaməti üzrə ali təhsil;
İT risklərinin idarə edilməsi sahəsi üzrə minimum 3 il iş təcrübəsi;
MS Excel, Word proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti
SQL, COBIT və informasiya texnologiyalarının idarəolunması üzrə sertifikatlara malik olan namizədlərə üstünlük veriləcək;
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 noyabr 2019-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Əməliyyat risklərinin idarə edilməsi üzrə namizəd” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az
3)
“ABB” ASC Risklərin idarə edilməsi departamentinin Kredit risklərinin idarə edilməsi şöbəsinə Təcrübəçi vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Kredit riskləri üzrə rəhbərlik, tənzimləyici və digər istifadəçilər üçün mütəmadi hesabatların hazırlanması;
Ehtiyyatların yaradılması;
İFRS 9-un tətbiqi və bu sahə üzrə hesabatlılıqda iştirak etmək;
Kredit portfelinin müxtəlif kriteriyalar üzrə təhlilinin aparılması;
Bankın risk iştahı, dözümlülük hesabatı, risk strategiyası, siyasəti, müxtəlif risk indikatorları üzrə öz təkliflərini vermək;
Vakant vəzifə üzrə tələblər:
İqtisadiyyat və ya maliyyə istiqaməti üzrə ali təhsil;
İFRS 9 İAS 39 üzrə biliklər;
Kreditlərin verilməsi, təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklərə sahib olmaq;
Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilmək;
MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti;
CFA, DipİFR və FRM üzrə sertifikat sahibləri və bu imtahan üzrə mərhələ keçənlərə əlavə üstünlük veriləcəkdir
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 noyabr 2019-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Kredit Risklərinin idarə edilməsi şöbəsinə Təcrübəçi” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az