FED.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı Filiallarla iş departamentinin Filialların Optimizasiya şöbəsinə “Xəzinə”, “Pərakəndə müştərilərə xidmət”, “Korporativ müştərilərə xidmət” və “Pərakəndə kreditlər” istiqamətləri üzrə vakansiyalar elan edir.
Eləcə də bax: "AFB Bank" işçi axtarır - VAKANSİYA
Vəzifə öhdəlikləri:
Optimizasiya olunacaq MXS-lərdə yeni proseslərin və qaydaların tətbiqi;
Bank xidmətlərinin, daxili prosedurların, normativ sənədlərin və biznes proseslərin təkmilləşdirilməsinə dair işlərin görülməsi;
MXS-lərdə aparılan proseslərin təhlili, mümkün olan halda avtomatlaşdırılması və mərkəzləşdirilməsi üzrə təkliflərin verilməsi;
MXS-lərdən daxil olan müraciətlərin təhlili və qərarların verilməsi üçün rəhbərliyə məlumatın təqdim edilməsi;
Görülmüş işlər üzrə rəhbərliyə hesabatların hazırlanması
Vakant vəzifə üzrə tələblər:
İqtisadiyyat və ya riyaziyyat üzrə ali təhsil;
Azərbaycan və Rus dillərini mükəmməl bilməli, İngilis dili arzuolunandır;
Ofis proqramlarında sərbəst iş bacarığı;
BPM, Bİ, Flexcube proqramlarında sərbəst iş bacarığı;
“Xəzinə”, “Pərakəndə müştərilərə xidmət”, “Korporativ müştərilərə xidmət” və “Pərakəndə kreditlər” istiqamətləri üzrə vakansiyalarda müvafiq olaraq analoji istiqamətlər üzrə bank sektorunda minimum 3 il iş təcrübəsi tələb olunur.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini 20 Noyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən müvafiq vəzifə adının göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az