FED.az xəbər verir ki,“Azərbaycan Beynəlxalq Bankı” Transformasiya ofisinə Kredit/Bazar Risklərinin idarə edilməsi üzrə Mütəxəssis vəzifəsinə namizəd seçimini açıq elan edir.
Bank fəaliyyətində yaranan maliyyə risklərinin (kredit və ya bazar riskləri) qiymətləndirilməsi, təhlili və idarə edilməsi sahəsində təcrübəsi olan, davamlı peşəkar və fərdi inkişafa can atan, yeni layihənin bir parçası olmaq istəyən bütün namizədləri vakansiyaya müraciət etməyə dəvət edirik.
Görəcəyiniz işlər:
Maliyyə risklərinin qiymətləndirilməsi üçün lazımi analitik və statistik texnikalardan istifadə edilməsi;
Kredit portfelinin müxtəlif kriteriyalar üzrə təhlilinin aparılması;
Bankın risk iştahı, dözümlülük hesabatı, risk strategiyası, siyasəti, müxtəlif risk indikatorları üzrə öz təkliflərini verilməsi;
Maliyyə (kredit və ya bazar) risklərinin idarə edilməsi üzrə layihələrdə koordinasiya və dəstəyin göstərilməsi;
İdarə Heyəti və Transformasiya Ofisinin mütəmadi iclasları üçün transformasiya prosesinin ümümi inkişaf gedişinə dair hesabatların hazırlanması
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
Peşəkar komanda ilə əməkdaşlıq
Bank sahəsində davamlı karyera inkişafı
Adekvat əmək haqqı
Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
Bizim üçün ideal namizəd:
İqtisadiyyat, maliyyə və ya digər müvafiq istiqamət üzrə ali təhsil olan
Kreditlərin verilməsi, təsnifləşdirilməsi və s. barədə AR Mərkəzi Bankının və MBNP-nın müvafiq normativləri və qaydaları barədə biliklərə sahib olan
Bank sahəsində ən az 3 il iş təcrübəsi olan; (Kredit/Bazar risklərinin idarə olunmasında ən az 1 il təcrübəsi olan)
Kredit və ya bazar risklərinin təhlili üzrə iş təcrübəsi olan
CFA, FRM və ya müvafiq sahə üzrə beynəlxalq serifikatlara sahib olan
Yüksək səviyyədə Azərbaycan, İngilis və Rus dillərini bilən
Güclü kommunikativ qabiliyyətə sahib olan
MS Office proqram bilikləri yüksək səviyyədə olan bir şəxsdir
Əgər bizim axtardığımız ideal namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına 30.11.2019 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Kredit/Bazar Risklərinin idarə edilməsi üzrə Mütəxəssis")
Əlavə məlumat üçün: www.ibar.az