FED.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı aktiv şəkildə böyüyən Telesatış komandasına mütəxəssislərin işə qəbulunu açıq elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, satış sahəsində davamlı fərdi və peşəkar inkişafa can atan bütün təcrübəli namizədləri vakansiyaya müraciət etməyə dəvət edirik.
Görəcəyiniz işlər:
Bankın mövcud məhsul və xidmətlərinin müştərilərə zəng vasitəsilə ilkin satışı
Potensial müştəriləri bazasına zənglərin edilməsi
Müştəri ehtiyaclarının müəyyənləşdirilməsi və bank məhsullarına dair məsləhətlərin verilməsi
Bankın təsdiqlənmiş metodologiyasına uyğun olaraq şikayətlərin araşdırılması
Müraciətlərin interfeysdə qeydiyyatının aparılması
Hər zəng uğurlu bir satış ola bilər və əlavə gəlir mənbəyinə çevrilə bilər! Ən əsası isə Siz müştərilərə öz problemlərinə həll yolu tapmaqda və Bankla ünsiyyətdən zövq almaqda böyük rol oynayacaqsınız.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
Adekvat əmək haqqı və bonus sistemi
Növbəli iş qrafiki (gün ərzində 8, həftə ərzində 40 saatı keçməmək şərti ilə)
Təlim və inkişaf məsələlərində Bankın dəstəyi
Davamlı karyera inkişafı
Bizim üçün ideal namizəd:
Ali təhsilli
Satış sahəsində (telesatış və ya qaynar satışlar) ən az 1 il iş təcrübəsi olan
Azərbaycan və rus dillərini yüksək səviyyədə bilən
İnandırmağı, arqumentlər tapmağı, problemlərə kreativ həll yolları tapa bilən
Ünsiyyət qurmağı sevən və bunu ustalıqla, bacarıqlı və aydın şəkildə apara bilən
Komputer bilikləri yüksək səviyyədə olan bir şəxsdir
Əgər bizim axtardığımız idel namizəd Sizsinizsə CV-nizi [email protected] elektron ünvanına 30.11.2019 tarixinədək göndərməyiniz xahiş olunur (məktubun mövzusu: "Telesatış üzrə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis)
Əlavə məlumat üçün: www.ibar.az