FED.az xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı CRM və müştəri bazasının təhlili şöbəsinin meneceri vəzifəsini açıq elan edir.
Görəcəyiniz işlər:
- CRM şöbəsinin işinin təşkili və idarə edilməsi;
- Müştərilərin banka loyallığını artırmaq və onların əldə saxlanması üçün fəaliyyətin planlaşdırması;
- Müştəri münasibətlərinin idarə edilməsi və müştəri təhlili üçün CRM strategiyalarının, siyasətlərinin və standartlarının hazırlanması, ən yaxşı təcrübələrin tətbiqi;
- CRM sisteminin inkişafı və tətbiqi proqramının idarə edilməsi: biznes tələblərinin formalaşmasında iştirak, həyata keçirilməsinə nəzarət etmək;
- Hədəf müştəri seqmentlərinin, müştəri davranışı təhlillərinin, strategiyaların hazırlanması, CRM kampaniyalarının planlaşdırılması və həyata keçirilməsinin təmin edilməsi;
- Kampaniya fəaliyyətinin qiymətləndirilməsi, hesabatların hazırlanması;
- CRM kampaniyalarının həyata keçirilməsi üçün biznes proseslərinin optimallaşdırılmasında iştirak;
- CRM istiqaməti üzrə uzunmüddətli inkişaf planının yaradılması.
Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz:
- Adekvat əmək haqqı;
- Rahat iş şəraiti
- Təlim və inkişaf məsələlərindı bankın yaxından dəstəyi;
- Davamlı karyera inkişafı imkanları.
Əgər aşağıdakılar sizə aiddirsə o zaman siz bizim ideal namizədimizsiniz:
- CRM işində ən azı 2 il , təhlil üzrə ən azı 1 illik iş təcrübəsinə sahibsinizsə;
- Bank və ya Telecom şirkətlərdə CRM'in necə işlədiyini bilirsinizsə (riyazi statistikadan istifadə etməklə), satış metodları və kanallarını bilirsinizsə;
- Layihə fəaliyyətində, hədəf proseslərin təsvirində, inkişaf tapşırıqlarında bacarıqlara sahib olmalıdır
- Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilirsinizsə;
- Sərbəst PC istifadəçisisinizsə, proqramlardan, təhlil alətlərindən (Excel, R / Python / SaS və s.), verilənlər bazasından(SQL) sərbəst istifadə edə bilirsinizsə.
Eləcə də bax:Beynəlxalq Bank işçi axtarır - VAKANSİYA
Əgər bizim axtardığımız İdeal namizəd sizsinizsə,15 oktyabr 2019-cu il tarixinədək [email protected] elektron ünvanına CV-nizi göndərin (məktubun mövzusunda " CRM və müştəri bazasının təhlili şöbəsinin meneceri " qeyd etməniz xahiş olur.