“ABB” ASC İnsan resurslarının idarə edilməsi və təşkilati işlər departamentinin İşə qəbul və planlaşdırma şöbəsinə Mütəxəssis /Aparıcı /Baş Mütəxəssis vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
Bankın işəqəbul siyasətinə riayət olunmasını təmin etmək;
Yaranan vakansiyaların bankdaxili və bankxarici elanlarını hazırlamaq və yerləşdirmək;
Daxil olan CV-lərin qeydiyyatını aparmaq və daim namizədlər bazasını yeniləmək;
İşəqəbul testlərini həyata keçirtmək;
Vakansiyalara uyğun namizədləri seçmək, ilkin müsahibələri təşkil etmək, müsahibə nəticələri barədə namizədlərə məlumat vermək;
İşəqəbul hesabatlarını hazırlamaq;
Əmək yarmarkaları və digər işə qəbul layihələrində iştirak etmək;
Yeni işçilərin rəsmi qeydiyyatını aparmaq və sınaq müddətlərini izləmək;
Tələb olunan səriştələr:
Komandada işləmək bacarığı;
Vaxtı idarə etmək qabiliyyəti;
Qərar vermə;
Ünsiyyət bacarığı;
Təqdimat bacarığı;
Konfliktlərin idarəedilməsi;
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil;
Azərbaycan, İngilis və Rus dillərini mükəmməl səviyyədə bilmək;
1 ildən 3 ilə qədər bank sektorunda işəqəbul sahəsində iş təcrübəsi;
MS office proqramlarını əla səviyyədə bilmək;
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Dil biliklərinizi inkişaf etdirmək imkanı;
Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 10 iyun 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “İşəqəbul üzrə mütəxəssis/aparıcı /baş mütəxəssis ” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az