“ABB” ASC Korporativ müştərilərlə iş şöbəsinə mütəxəssis, aparıcı mütəxəssis, baş mütəxəssis vakansiyaları elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Bank məhsullarının və xidmətlərinin satışını həyata keçirmək üçün potensial müştərilərin cəlb olunması;
Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması;
Maliyyə bazarlarının, rəqiblərin fəaliyyətinin araşdırılması, analizi və tələbatın müəyyənləşdirilməsi;
Bankın müvafiq xidmətlərinin və məhsullarının satışının yüksək səviyyədə həyata keçirilməsi;
Zəruriyət yarandıqda gündəlik, həftərlik, rüblük,illik hesabat əsasında müştərilərın araşdırılması, potensiallığını müəyyən edilməsi və cəlb edilməsi üçün müvafiq tədbirlərin görülməsi;
Zəruriyət yarandıqda müştəri şikayətlərinin yaranma səbəbini araşdırılması və problemlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsində adiyyatı strukturlara köməklik etməsi;
Keçirilən aksiya və kampaniyalar haqqında müştəriləri daimi məlumatlandırmaq.
Vakant vəzifə üzrə tələblər:
Ali iqtisadi təhsil;
Azərbaycan dilində mükəmməl yazı və danışıq qabiliyyəti (rus dili arzuolunandır);
Komandada işləmək bacarığı;
Satış qabiliyyəti, müştərini inandırmaq bacarığı;
Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyəti.
Bu iş sizə nələri qazandıracaq:
Regionun aparıcı Bankının fəaliyyətinin dərindən öyrənilməsi imkanı;
Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;
Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 13 iyun 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən şəhər və vəzifə adının “Korporativ müştərilərlə iş üzrə namizəd” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az