“ABB” ASC Aktiv və Passivlərin İdarəedilməsi (Asset and Liability Management) üzrə aparıcı mütəxəssis vakansiyası elan edir.
Vəzifə öhdəlikləri:
Bankın Aktiv və Passivlərin idarə edilməsində iştirak və buna dair rəhbərliyə gündəlik olaraq hesabatların təqdim edilməsi;
Bankın gündəlik likvidliyinin idarə edilməsi və likvidlik əmsalların hesablanması ilə requlyativ normalara riayət olunmasını;
Bankın balansının idarə olunması və proqnozlaşdırılması;
FTP hesabatlığının aparılması və FTP faiz dərəcələrin tətbiq;
Sərbəst vəsaitlərin xərcinin hesablanması və daxili və xarici bazarlarda investisiya üzrə rəhbərliyə təkliflərin verilməsi;
Müvafiq olaraq likvidlik, faiz dərəcəsi riski və bankın balansı ilə bağlı stress-testlərin həyata keçirilməsi.
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil;
Sahə üzrə minimum 1 il iş təcrübəsi;
VBA-excel ilə hesabatların avtomatlaşdırılması; SQL ilə hesabatların tərtib edilməsi;
Təqdimat və ünsiyyət bacarıqlarıı.
Bu iş sizə nələri qazandıracaq:
Bank sahəsində iş proseslərini dərindən öyrənmək imkanı;
Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik komandanın bir üzvü olmaq;
Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər CV-lərini 15 may 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “ALM Leading Specialist” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərimizdən qaça bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az