“ABB” ASC Sistem inzibatçıları axtarışındadır.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.
Vəzifə öhdəlikləri:
Korporativ poçt sisteminin administrasiyası və texniki dəstəyi(MS.Exchange);
Windows, Linux , MS. Active Directory, vmWare sistemlərin texniki dəstəyi;
Problemlərin həlli üçün texniki dəstək və podratçılar ilə qarşılıqlı əlaqələrin yaradılması;
Proqram təminatının monitorinqinin məhsuldarlığı;
Sistem problemlərinin diaqnostikası və həlli.
Vakant vəzifə üzrə tələblər:
Ali təhsil;
Sahə üzrə minimum 1 il iş təcrübəsi;
Linux əməliyyat sistemində iş təcrübəsi;
Windows, MS.Exchange, MS. Active Directory, vmWare üzrə biliklər.
Bu iş sizə nələri qazandıracaq:
Bankın iş proseslərini dərindən öyrənmə imkanları;
Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanları;
Adekvat əmək haqqı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 29 aprel 2019-cu il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “System administrator” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.
Əlavə məlumat üçün: www.ibar.az